Prezident: COP29-un uğurla keçəcəyinə ümidvaram
Azərbaycan dövlətinin uzun illər beynəlxalq aləmdə fəal rolunu, həmçinin dünyanın qlobal iştirakçıları arasında bir körpü olduğunu məmnunluqla vurğulayan Prezident İlham Əliyev COP29-un uğurla keçəcəyinə ümidvarlığını ifadə edib.
Adalet.az xəbər verir ki, bu fikirləri dövlət başçısı BMT Baş katibinin birinci müavini Amina Mohammedi qəbulu zamanı deyib.
Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı ilə fəal əməkdaşlıq həyata keçirdiyini, bir sıra Avropa ölkələri ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalandığını vurğulayaraq, bildirdi ki, bütün bunlar Azərbaycanda COP29-un uğurla keçiriləcəyinə yaxşı əsas yaradır.
Prezident İlham Əliyev ölkəmizin COP29-da konsensusun əldə olunması üçün səylər göstərdiyini bildirdi. Dövlətimizin başçısı “troyka” formatına toxunaraq, Azərbaycanın COP28-ə ev sahibliyi etmiş Birləşmiş Ərəb Əmirlikləri və COP30-a ev sahibliyi edəcək Braziliya ilə fəal işlər apardığını dedi.
Digər Xəbərlər
24 Sentyabr 2026 09:47
IV Bakı Təhlükəsizlik Forumu keçirilib - FOTOLAR
24 Sentyabr 2026 09:13
“Ermənistan qanunsuz istismara görə məsuliyyət daşıyır və buna görə cavab verməlidir”
24 Sentyabr 2026 00:46
"TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək"
23 Sentyabr 2026 20:20
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
23 Sentyabr 2026 20:08
Nyu-Yorkda Azərbaycan-Belarus strateji tərəfdaşlığı müzakirə olunub
23 Sentyabr 2026 19:24
Ceyhun Bayramovla Serbiyanın XİN rəhbəri ikitərəfli tərəfdaşlığı müzakirə ediblər
23 Sentyabr 2026 18:23
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
23 Sentyabr 2026 17:47


Bakı -°C

