Prezident Berdiməhəmmədovla müzakirə APARDI
Avqustun 10-da Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova zəng edib.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı Qurbanqulu Berdiməhəmmədovun bir müddət əvvəl Azərbaycana, o cümlədən Qarabağa səfəri və bu çərçivədə aparılmış müzakirələr məmnunluqla xatırlanıb.
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına toxunublar.
Telefon danışığı əsnasında Türkmənistanın Avaza şəhərində keçirilmiş BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransının əhəmiyyəti qeyd edilib. Dövlət başçısı bu tədbirin uğurla təşkil olunması ilə bağlı Qurbanqulu Berdiməhəmmədova təbriklərini çatdırıb.
Prezident İlham Əliyevin ABŞ-yə səfəri çərçivəsində imzalanan sənədlərin, xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanmış bəyannamənin, Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanmasının və ATƏT-in Minsk qrupunun ləğvinə dair birgə müraciətin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından əhəmiyyətinə toxunulub.
Bu nəticələrin əldə olunmasında ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu qeyd edən dövlət başçısı Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında əlaqənin yaradılmasına xidmət edəcək maneəsiz nəqliyyat bağlantısının bütün regionun çiçəklənməsinə töhfə verəcəyinə əminliyini bildirib.
Türkmənistan Xalq Məsləhətinin sədri əldə edilmiş tarixi razılaşmalar münasibətilə dövləti başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb.
Prezident İlham Əliyev onun salamlarını Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova çatdırmağı xahiş edib.
Qurbanqulu Berdiməhəmmədov da Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun salamlarını və təbriklərini dövlət başçısına çatdırıb.
Telefon söhbəti zamanı gələcək təmaslarla bağlı fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
11 Aprel 2026 15:00
Hikmət Hacıyev Ermənistan nümayəndələri ilə görüşdü - FOTOLAR
11 Aprel 2026 12:04
“Bu gün biz yeni savaşlar dönəmində yaşayırıq...” – Politoloq
11 Aprel 2026 11:13
İlham Əliyev Tbilisidə xatirə kitabına nələr yazıb? - VİDEO
10 Aprel 2026 23:35
İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən eksklüziv kadrlar
10 Aprel 2026 19:45
Azərbaycan və Ermənistan nümayəndələri dəyirmi masada - YENİLƏNİB
10 Aprel 2026 19:11
İŞ-in növbəti iclası: Prezident köməkçisi məruzə etdi
10 Aprel 2026 18:32
“Gender ekspertizası” mexanizminin hüquqi əsaslarının dəqiqləşdirilməsi vacibdir”
10 Aprel 2026 17:13


Bakı -°C

