Prezident: “Azərbaycanda milli məfkurəyə sadiq bir nəsil yetişib”
“Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə gənclərimizə geniş və açıq müzakirə tribunası vermiş ilk forumun keçirildiyi günün ölkəmizdə 1997-ci ildən etibarən Gənclər Günü kimi qeyd olunması ənənəsi bir daha təsdiq edir ki, gənclər siyasəti dövlətimizin sosialyönümlü siyasətinin və insan kapitalının məqsədyönlü inkişafının əsas istiqamətlərindəndir. Ötən müddətdə apardığımız işlər gənclərin maraqlarının və ahəngdar inkişafının təmin olunması üçün lazımi şərait yaradılmasını sürətləndirmiş, onların təşkilatlanmasında və ictimai-siyasi fəallığının artmasında əhəmiyyətli rol oynamışdır”.
Adalet.az xəbər verir ki, bunu Prezident İlham Əliyev 2 fevral – Gənclər Günü münasibətilə Azərbaycan gənclərinə ünvanladığı müraciətdə deyib.
Azərbaycan gənclərini 2 fevral – Gənclər Günü münasibətilə təbrik edən dövlətimizin başçısı deyib:
“Göstərilən diqqət və qayğının nəticəsidir ki, Azərbaycanda milli məfkurəyə sadiq və dünyanın qabaqcıl gəncliyi ilə inteqrasiya etməyə qadir olan bir nəsil yetişmişdir. Gənclərimiz bu gün həyatımızın bütün sahələrində yaxından iştirak edir, ölkəmizin iqtisadi gücünün, hərbi qüdrətinin artması və siyasi nüfuzunun yüksəlməsi, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara əsaslanan vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi işində qüvvə və bacarığını əsirgəmir, zəngin mədəni irsimizin qorunub saxlanması və təbliği yolunda mühüm addımlar atırlar.
Azərbaycanda həyata keçirilən gənclər siyasəti yeni nəslin intellektual və innovativ potensialının reallaşmasına hərtərəfli imkan yaratmaqla yanaşı, eyni zamanda, onda dərin vətənpərvərlik ruhu formalaşdırmışdır. Azərbaycan gənci məhz qəlbindəki güclü Vətən sevgisi sayəsində döyüşlərin əsas ağırlığını qəhrəmancasına öz üzərinə götürərək xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirmiş və 44 günlük Vətən müharibəsində Zəfər salnaməsi yazmışdır.
Əminəm ki, Azərbaycan gəncliyi tariximizin bu yeni dövründə də ölkəmizin gələcək inkişafına layiqli töhfələr verəcək, yeni-yeni nailiyyətləri ilə bizi sevindirəcəkdir”.
Digər Xəbərlər
24 Sentyabr 2026 19:30
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - VİDEO
24 Sentyabr 2026 17:35
Formula 1 günlərində polis gücləndirilmiş rejimdə xidmət aparır - VİDEO
24 Sentyabr 2026 16:56
FHN-dən əhaliyə MÜRACİƏT
24 Sentyabr 2026 16:44
Vilayət Eyvazov xarici ölkələrə ezam olunan kursantlarla görüşdü - FOTOLAR
24 Sentyabr 2026 16:31
İşdən çıxarılan icra başçısı kimdir? - DOSYE
24 Sentyabr 2026 16:12
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
24 Sentyabr 2026 16:02
“Birliyin Gücü – 2026” təlimində şərti terrorçuların hərbi hədəfləri məhv edildi - VİDEO
24 Sentyabr 2026 15:55


Bakı -°C

