Premyer Liqada mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər - Qvardiola yoxdur
İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər müəyyənləşib.
Qol.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, namizədlər arasında "Liverpul"un çalışdırıcısı Yurgen Klopp, "Lester Siti"nin baş məşqçisi Brendan Rodgers, "Çelsi"nin çalışdırıcısı Frenk Lempard və "Şeffild Yunayted"in baş məşqçisi Kris Uaylder yer alıb.
Bildirilir ki, mövsümün ən yaxşı baş məşqçisi azarkeşlər və futbol mütəxəssislərinin səsverməsi nəticəsində seçiləcək. Premyer Liqanın saytında keçirilən səsvermə avqust ayının 10-dək davam edəcək.
Qeyd edək ki, son 2 mövsümdə Premyer Liqada ən yaxşı baş məşqçi adını "Mançester Yunayted"in baş məşqçisi Xosep Qvardiola qazanıb. Bu dəfə isə onun adı namizədlər sırasında yer almayıb.
Digər Xəbərlər
04 May 2024 10:29
Azərbaycan Premyer Liqası: “Kəpəz” “Sumqayıt”a, “Qarabağ” “Neftçi”yə qarşı
03 May 2024 23:04UEFA-dan AVRO-2024 il bağlı mühüm dəyişiklik
03 May 2024 22:52Arda Güler komanda yoldaşlarından şikayətlənib - VİDEO
03 May 2024 22:06Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 21:47