adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
12 Noyabr 2017 15:59
12669
İDMAN

Premyer Liqa klubu türk futbolçunu istəyir

İngiltərə Premyer Liqa təmsilçisi "Everton” "Beşiktaş”ın yarımmüdafiəçisi Oğuzhan Özyakupun xidmətində maraqlıdı. Apasport.az saytının məlumatına görə, Liverpul təmsilçisi 25 yaşlı futbolçunun transferi üçün artıq "ağ-qaralar”ın rəhbərliyinə rəsmən müraciət edib.

Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Oğuzhanın transfer qiyməti isə iki klub arasında danışıqlardan sonra müəyyənləşəcək.

Qeyd edək ki, Türkiyə millisinin də üzvü olan futbolçu 2012-ci ildən "Beşiktaş”ın uğurları üçün çalışır. O, cari mövsümdə 13 oyunda şans qazanıb.