Poroşenkonun oğlu könüllü orduya yazıldı
Ukrayna prezidenti Petro Poroşenkonun oğlu könüllü olaraq orduya yazılıb və hazırda cəbhə bölgəsindədir.
apa-nın "censor.net” saytına istinadən verdiyi məlumata görə, P. Poroşenko bunu CNN-ə müsahibəsində deyib.
P. Poroşenko bildirib ki, ukraynalılar təhlükəyə qarşı durmağa və döyüşməyə hazırdır: "Bu, adi bir söz deyil. Mənim oğlum oradadır. Könüllü gedib. O, London İqtisad Məktəbini, Oksfordu, İNSEAD-ı (Fransız Biznes Məktəbi) bitirib. İndi artilleriya bölməsindədir. Son üç gündə onun taqımında 3 döyüşçü həlak olub”.
P. Poroşenko bir vətəndaş və bir ata kimi sülhün nə qədər vacib olduğunu anladığını da vurğulayıb.
Qeyd edək ki, P. Poroşenkonun iki oğlu var – böyük oğlu Aleksey 1985-ci il, kiçik oğlu Mixail isə 2001-ci il təvəllüdlüdür.
Digər Xəbərlər
27 Aprel 2024 17:49
Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”
27 Aprel 2024 17:32Fidan Səudiyyəyə gedir: Fələstin dövlətinin tanınması...
27 Aprel 2024 17:30Meral Akşener bu sözlərə İYİ partiyanı tərk etdi
27 Aprel 2024 16:45Fenomen Bağdadda naməlum şəxslər tərəfindən güllələndi
27 Aprel 2024 16:01