adalet.az header logo
  • Bakı -°C
17 Fevral 2025 09:30
389
DÜNYA
A- A+

Poraşenko Ukraynada prezident seçkilərinin vaxtını açıqladı

Ukraynanın eks-prezidenti Pyotr Poraşenko "Senzor.Net" mətbu orqanlna müsahibəsində bildirib ki, Ukraynada prezident seçkiləri 2025-ci ilin 26 oktyabrpnda keçirilə bilər. 

 "Qeyd edin, bu ilin oktyabr ayının 26-da"-deyə jurnalistun sualını cavablandıran eks-prezident bəyan edib.

 Poraşenkonun sözlərinə görə, bu tarixi ona Zelenski administrasiyasında çalışan yaxın adamı bildirib k və qeyd edib ki, hazlrda "Ukrayna" poliqrafiyasında seçkilər üçün neçə bülleten hazırlamaq lazım olacağı müzakirə olunur.

 Xatırladırıq ki, Ölkə Konstitusiyasına gprə, Ukrayna prezidenti Volodimir Zelenskinin səlahiyyət müddəti ötən ilin may ayının 20- də bitub, Lakin məlum mühatibə ilə əlaqədar yeni seçkilərin keçirilməsi mümkünsüz hesab edildiyi üçün, Zelenski prezident vəzifəsini icra etməkdə davam edir. 

 Rüstəm Hacıyev