adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
18 Noyabr 2014 22:36
8164
GÜNDƏM

Polşada azərbaycanlı tələbələr girovlarımız üçün aksiya keçirdi

Ötən gün Polşada təhsil alan azərbaycanlı gənclər və diasporumuzun üzvləri Helsinki İnsan Haqları Fondunun qarşısında nümayiş ediblər. 


Adalet.az-ın məlumatına görə, nümayiş iştirakçiları əllərində "Helsinki Fondu, Dilqəm Əsgərovun və Şahbaz Quliyevin Haqlarını Qoru” plakatlar ilə qeyd olunan təşkilatı əsirlikdə olan azərbaycanlıların talelərinə biganə yanaşmamağa çağırıblar. 

Nümayişin sonunda azərbaycanlı gənclər Helsinki İnsan Haqları Fondunun Varşava ofisinin əməkdaşına Dilqəm Əsgərov və Şahbaz Quliyevin əsir götürülmələri ilə əlaqədar həqiqəti əks etdirən məktubu təqdim ediblər.