adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
17 Dekabr 2019 10:00
13945
GÜNDƏM

POLKOVNİKİ TUTDULAR VƏ BURAXDILAR

Əfqanıstan veteranı,Qarabağ döyüşlərində qəhrəmanlıq göstərmiş,dəfələrlə yaralanıb yenidən döyüşə atılmış, Aprel döyüşlərindədüşmənə qan uddurmuş, yaralanıb bir müddətxəstəxanada yatdıqdan sonra yenidən ön cəbhəyə qayıtmış, 15 il bir hərbi hissəyəkomandirlik etmiş, hazırdaistefada olan polkovnik Qadir Vəlişov Beyləqanda xuliqanlıq maddəsi iləhəbs olunmuş və məhkəmə tərəfindənhaqqında 3 aylıq qəti imkantədbiri seçilmişdi.

Bu da həm Qarabağ qazilərinin,həm də ictimaiyyətin böyük etirazına səbəbolmuşdu.

Son məlumata görə,polkovnik Qadir Vəlişov prokurorluğun verdiyi vəsadətləazadlığa buraxılıb.

Deyəcəyimiz söz yoxdu.İnşallah, tam bəraət alar.

Məşhur bir mahnı var:

Nəbinin bığlarıeşmə-eşmədi,

Papağı güllədən deşmə-deşmədi.

Polkovnik Qadir Vəlişovun da:

Bədəni güllədən deşmə-deşmədi.

Təbii ki, düşmən gülləsindən.