Politoloq: “Ermənistan Qarabağdan köç edən ermənilərin geri qaytarılmasını...”
“Ermənistan “Dağlıq Qarabağ”ın Azərbaycanın tərkib hissəsi olması faktını demək olar ki, uzun müddətdir təkrar edib və onunla barışıb. Üstəlik bu ərazilərdən könüllü sürətdə köç edən ermənilərin Azərbaycana qaytarılması məsələsində də israrlı mövqedə dayanmır”
Bunu Adalet.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Politoloq daha sonra açıqlamasında bunları əlavə edib:
“Hətta Ermənistan qondarma respublikanın təşkilini də qeyri-qanuni hesab edir və bu səbəbdən də həmin qurumun buraxılmasının tam qanunauyğun olduğunu bildirir. Zənnimcə, sülh yaradılması üçün kifayət qədər zəmin yaradılıb, Paşinyan və Ermənistan tərəfi sülh müqaviləsinin məzmununda Qarabağdan könüllü köç edən ermənilərin geriyə qaytarılmasını şərt kimi irəli sürülməsi məsələsindən də bildiyimə görə imtina edir. Sərhədlərin delimitasiyası məsələsində hansı xəritələrin əsas götürülməsi problemi tam həll olunmayıb və bu da həll olunsa, o deməkdir ki, sülh yaratmanın prinsipial şərtlərinin hamısı həllini tapıb və uzaq olmayan bir dövrdə sülh müqaviləsi imzalana bilər”.
Politoloq Azərbaycan və Ermənistan arasında əsirlərin dəyişdirilməsi məsələsinə də toxunub:
“Müharibə bitdikdən sonra “hamının-hamıya” prinsipi ilə əsirlərin dəyişdirilməsi prosesi qüvvəyə minir. Bu da beynəlxalq hüququn şərtlərindən biridir, Azərbaycan da bu şərtlərə uyğun hərəkət etdi. Ərazilərimizdə erməni əsirləri qalır, amma 32 erməni hərbçisini geri qaytarmaqla sülh yaratma prosesində sağlam bir mühitin yaradılmasına çalışır”-deyə politoloq bildirib.
Vasif Əlihüseyn
Digər Xəbərlər
29 Mart 2026 12:00
Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır - Ceyhun Bayramov
29 Mart 2026 09:30
Uitkoff İlham Əliyev barədə: “O, ölkəsini dəyişdirən xüsusi liderdir” - VİDEO
28 Mart 2026 23:43
Əraqçi Azərbaycan dilində ölkəmizə təşəkkür etdi
28 Mart 2026 13:38
“Bu gün ABŞ-İsrail tandeminin Qəzzadan, İrandan istəyi nədir?”
28 Mart 2026 11:00
“Şərqdə müharibələrin bitməsi regional layihələrin icrası anlamına gəlməyəcək...”
27 Mart 2026 18:42
Hikmət Hacıyev Türk Dövlətləri Təşkilatının toplantısında - FOTO
27 Mart 2026 17:40
Prezident Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik etdi
27 Mart 2026 16:27


Bakı -°C

