Polis Saatlı və Zərdabda əməliyyat keçirdi, silahlı şəxslər yaxalandı
Saatlı və Zərdab rayonlarında polis silahlı şəxslərə qarşı əməliyyat keçirib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Adalet.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun Azadkənd sakini S. Orucovdan müvafiq sənədləri olmayan “İJ-58” markalı ov silahı aşkar edilərək götürülüb.
Bundan başqa Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşlarla müntəzəm şəkildə aparılan profilaktiki tədbirlər nəticəsində rayon sakinləri Ş. Musayev və B. Nuruyev ov silahlarını könüllü olaraq RPŞ-yə təhvil veriblər.
Digər Xəbərlər
01 May 2024 09:46
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO
01 May 2024 09:27Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
30 Aprel 2024 12:44Şimşək çaxacaq, dolu düşəcək... - Mayın ilk gününün HAVASI
30 Aprel 2024 12:15Havanı çirkləndirən şadlıq saraylarının SİYAHISI
29 Aprel 2024 15:48