adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
20 Sentyabr 2019 13:03
15196
MƏMLƏKƏT

Polis rəisi narkotikin zərərlərindən danışdı

Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə Suraxanırayonu Bülbülə qəsəbəsi208 saylı tam ortaməktəbdə "Narkotikə yox deyək, sağlamvərdişlər sağlam gələcəyin əsasıdır" mövzusunda maarifləndirmə tədbirikeçirilib.

TədbirdəSuraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq Həsənov bildiribki, "narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımındanəsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifəolan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlərsırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizəkampaniya xarakterli deyil, davamlı siyasətdir.


Cəmiyyətdə"ağ ölüm" kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmazfəsadlar yaradır. Bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılıolmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri dənarkomaniyadır. Silah, insan alveri, orqanların transferi kimi təhlükəlibəlalarla eyni səviyyədə qorxulu olan cəmiyyətin ciddi bəlasına, xalqın,millətin təhlükə mənbəyinə çevrilən narkomaniya sərhəd tanımayan, qlobal xarakterdaşıyan beynəlxalq problemə çevrilib. Bu problemin həllinə xidmət edən mühümaddımlardan biri kimi xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirməişlərinin genişləndirilməsi prioritet məsələdir”.


N.Həsənovvurğulayıb ki, insan amili dövlət siyasətinin əsasını təşkil edir: "Dövlətbaşçısı İlham Əliyev çıxışlarında daim bildirir ki, həyata keçirilən siyasətinönündə vətəndaş amili dayanır. Əhalinin sağlamlığının yüksək səviyyədəqorunması da prioritet məsələlərdəndir. Azərbaycanın gələcəyi kimidəyərlənləndirilən gənclərimizə diqqət və qayğı isə daha mühüm vəzifə kimi qeydedilir. Gənclər arasında idmanın, mədəni-kütləvi tədbirləringenişləndirilməsində, idmana marağın artırılması naminə inşa olunan idmankomplekslərinin tikilməsində də əsas məqsədlərdən biri sağlamlığın təminedilməsi ilə yanaşı, insanların belə ağır fəsadlar törədən vərdişlərdənuzaqlaşdırılmasına nail olmaqdır. Azərbaycan gəncliyinin bu gününə vəgələcəyinə xidmət edən Dövlət Proqramlarının müddəalarında da bu kimi tələblər özəksini tapıb. Hər bir qurum üzərinə düşən məsuliyyəti lazımi səviyyədə yerinəyetirməklə qarşıya qoyulan məqsədlərə nail olmağa öz töhfəsini vermiş olar”.

Narkomaniyayaqarşı ölkəmizdə davamlı işlər görüldüyünü, əməli işlər aparıldığını deyənN.Həsənov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyuntarixli Sərəncamı ilə təsdiq olunmuş "Narkotik vasitələrin, psixotropmaddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığaqarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın icrasıuğurla davam etdirilir:


"Daxiliİşlər Nazirliyi olaraq orta ümumtəhsil müəssisələrində, eləcə də ayrı-ayrıyerlərdə bu istiqamətdə maarifləndirmə tədbirləri həyata keçiririk.Bu ilSuraxanı rayonunun ayrı-ayrı orta ümumtəhsil müəssisələrində bu tipli tədbirlərtəşkil olunub.Narkotika insanlarda mərkəzi sinir sisteminin təsir gücünüartıran bir dərmandır. Onu qəbul edənlər ən çoxu bir saat, yaxud saat yarımözlərini normal insan kimi hiss edə bilirlər. Çox keçmir ki, öləziyən bədəninçəkisi sanki get-gedə "azalır", fiziki qüvvə tükənir, ayaqlar hərəkətgücünü itirir, huş qeybə çəkilir, beyin öz fəaliyyəti ilə vidalaşır və həminşəxs normal insan düşüncəsindən məhrum olur. Bədəndə elə orqanlar var ki, onlarinsanları hər cür yoluxucu xəstəliklərdən qoruyur, daha dəqiq desək, bir növ"cangüdən" rolunu oynayırlar. Narkotik maddə qəbul edən insanlarözləri də bilmədən həmin orqanları iflasa uğratdıqlarından yoluxucu xəstəlikonların iç dünyasına asanlıqla daxil olur".

Polisrəisi N.Həsənov öz çıxışında qeyd edib ki, Suraxanıda narkotik vasitələrin vəpsixotrop maddələrin dövriyyəsinin əvvəlki illərlə müqayisədə xeyli aşağıdüşdüyünü qeyd edib: "Bunun da əsas səbəblərindən biri rayon ərazisindəaparılan maarifləndirmə işi, həmçinin "qaynar xətt"in yaradılmasıdır.Təcrübə göstərir ki, məhz "qaynar xətt" vasitəsilə vətəndaşlarınnarkomaniya ilə bağlı məlumatlarını əldə etmək və müvafiq tədbirlər görməkmümkündür. Burada bir məqam da var ki, "qaynar xətt" vasitəsilə bizəmüraciət edənlərin təhlükəsizliyi üçün onların anonimliyini saxlayırıq.Nəticədə həm vətəndaşımız güvəndə olur, həm də bizə etibarı inamı artır. Buqarşılıqlı əlaqə də bizim narkomaniyaya qarşı uğurlu mübarizəmizə köməkdir.Düşünürük ki, bu istiqamətdə sizlər də bizə yardımçı olacaqsınız".


N.Həsənovonu da vurğulayıb ki, ölkənin ali qanunverici orqanı olan Milli Məclistərəfindən qəbul edilmiş qanunlara uyğun olaraq dini radikalizmə və erkənnigahlara qarşı geniş tədbirlər həyata keçirilir. Xüsusi olaraq gənclər arasındaaparılan təbliğat işləri, bu işlərdə istifadə olunan elmi-kütləvi vasitələrgörülən işin effektivliyini daha da artırır. Gənclərə nümayiş etdirilənədəbiyyatlar, sənədli filmlər maarifləndirmə işində öz sözünü deyir.

Tədbirdə həmçinin şagirdlərə narkomaniyaəleyhinə bukletlər paylanılıb.