Polis onu bıçaqlayan şəxsi güllələdi
İstanbulun Kiçikçəkməcə mahalında parkda skamyada əyləşən polis əməkdaşına bıçaqlı hücum olub.
Adalet.az Axar.az-a istinadən xəbər verir ki, həyat yoldaşı ilə birgə fiziki məhdudiyyətli övladını reabilitasiyaya gətirən polis əməkdaşı seans müddəti ilə əlaqədar parkda gözləməli olub. Bu zaman naməlum şəxs polisə və onun həyat yoldaşının ünvanına müxtəlif xoşagəlməz ifadələr işlədib.
Daha sonra isə həmin şəxs polisin üzərinə hücuma keçərək onu başından yaralayıb. Bundan sonra hüquq-mühafizə orqanının əməkdaşı xidməti silahı ilə əvvəlcə havaya, daha sonra cinayətkarın ayağına atəş açıb.
Buna baxmayaraq, cinayətkar yenə sakitləşməyib. O, yenidən hücum edərək polisi bu dəfə ayaq nahiyəsindən bıçaqlayıb.
Polis də növbəti dəfə atəş açaraq cinayətkarı öldürüb.
Olay yerinə xeyli sayda həkim briqadası və polis əməkdaşları gəlib.
Yaralanan polis xəstəxanaya çatdırılıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, öldürülən cinayətkarın narkotik asılılığı olub.
Digər Xəbərlər
27 Aprel 2024 17:49
Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”
27 Aprel 2024 17:32Fidan Səudiyyəyə gedir: Fələstin dövlətinin tanınması...
27 Aprel 2024 17:30Meral Akşener bu sözlərə İYİ partiyanı tərk etdi
27 Aprel 2024 16:45Fenomen Bağdadda naməlum şəxslər tərəfindən güllələndi
27 Aprel 2024 16:01