Polis maşın oğrularını tutdu
Lənkəran rayonunda avtomobil qaçırmış şəxs tutulub.
Adalet.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 6-na keçən gecə Lənkəran rayonunun Nərimanabad-1 qəsəbəsində rayon sakini Bəhlul Cəfərovun yaşadığı evin həyətindən "VAZ-2106” markalı avtomobil qaçırılıb. Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Liman şəhərinin ərazisində tapılıb, hadisəni törətməkdə şübhəli bilinən Yuxarı Nüvədi kənd sakini Səfər Əkbərov saxlanılıb.
Bundan başqa nəqliyyat vasitəsi qaçırdıqlarına görə tutulmuş Nikolay Stepanovun və Telman Cəfərovun ətrafında Xətai RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların ötən il dekabrın 27-də daha bir "VAZ-2106” markalı avtomobili qaçırmaları da müəyyən edilib.
Digər Xəbərlər
28 Aprel 2024 14:46
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
26 Aprel 2024 16:24Xocalı al lalələrlə bəzənib - FOTOLAR
26 Aprel 2024 13:15Növbəti köç karvanı Füzuliyə çatdı - FOTOLAR - YENİLƏNİB
26 Aprel 2024 12:51Bakıda 32 dərəcə isti olacaq
26 Aprel 2024 10:27