Polis baş leytenantı Ədilə Qurbanova qızıl medal aldı - FOTO
Mayın 10-12-də Rusiyanın Sankt-Peterburq şəhərində Pauerliftinq üzrə Avropa çempionatı keçirilib. Qitənin 15 ölkəsindən 300-dən çox idmançının qələbə uğrunda mübarizə apardığı bu yarışda milli komandamız da təcrübəli idmançılarla təmsil olunub.
DİN-dən Adalet.az-a verilən məlumata görə, ölkəmizin yığma komandasının tərkibində təmsil olunan Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis baş leytenantı Ədilə Qurbanova yarışın favoritləri sırasında olub.
Qadınlar arasında ştanqı qurşağadək dartma (deadlift) hərəkətində çıxış edən təmsilçimiz ümumilikdə 152,5 kiloqram ağırlığı qaldıraraq yarışın qızıl medalını qazanıb.
Xatırladaq ki, polis baş leytenantı Ədilə Qurbanova idmanın karate və pauerliftinq növləri ilə məşğul olur. Səkkizqat respublika çempionu olan təmsilçimiz 2 dəfə dünya kubokunun sahibidir. Beynəlxalq turnirlərdə dəfələrlə fəxri kürsünün ilk pilləsinə yüksəlib. Paurliftinqdə 3 dəfə respublika birincisidir.
Digər Xəbərlər
03 May 2024 23:04
UEFA-dan AVRO-2024 il bağlı mühüm dəyişiklik
03 May 2024 22:52Arda Güler komanda yoldaşlarından şikayətlənib - VİDEO
03 May 2024 22:06Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 21:47"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirildi
03 May 2024 16:37