adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
04 Iyul 2018 15:14
12118
DÜNYA

PKK-nın silah anbarları məhv edilib

Türkiyə hərbi hava qüvvələrinin iki gün ərzində keçirdiyi əməliyyatlar zamanı PKK-nın Şırnak, Şimali İraqdakı Qəndil, Avasin-Basyan və Qara bölgələrində çoxlu sayda düşərgələri və silah anbarları məhv edilib.

Adalet.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına əsasən, hərbi əməliyyatlar nəticəsində 11 terrorçu öldürülüb.