adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
30 Aprel 2017 22:29
6194
DÜNYA

Pitbul küçədə oynayan uşağı parçaladı

Amerika Birləşmiş Ştatlarında baş verən hadisə küçənin təhlükəsizlik kameralarına düşüb.

Pitbul cinsli it küçədə oynayan uşaqlara hücum edib. Azyaşlı qızı başından dişləyərək yerdə sürüyən it görənləri dəhşətə gətirib.

Ətrafdan keçən yük maşının sürücüsü maşını itin üzərinə sürərək diqqətini yayındımağa çalışıb. Uşağı xilas etmək mümkün olub.

Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən uşağın vəziyyətinin qənaətbəxş olduğu deyilib.

İti ağızlıq olmadan küçəyə buraxan sahibi haqqında araşdırma aparılır.