Pirallahıda YAP-ın yeni binası açıldı - YENİLƏNİB
YAP Pirallahı Rayon Təşkilatının yeni inzibati binasının açılışı olub.
Adalet.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevvə birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı üçün ikimərtəbəli müasir bina inşa olunub. Burada partiya təmsilçilərinin səmərəli fəaliyyət üçün hərtərəfli imkanlar yaradılıb.
Yeni Azərbaycan Partiyası ölkəmizin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında və bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rol oynayır. Azərbaycanın əsas və aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası bütün bu uğurların qazanılmasında yaxından iştirak etməklə xalqın partiyası olduğunu aydın nümayiş etdirir. Bu da ulu öndərHeydər Əliyevin "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” fikrinin real həyatda təsdiqini tapdığını bir daha göstərir.
Partiyanın uğurlu fəaliyyətində onun rayon təşkilatlarının da rolu böyükdür. Yeni Azərbaycan Partiyasının rayon təşkilatları üçün bütün bölgələrdə inşa olunan inzibati binalar müasirliyi ilə seçilir, həmçinin şəhər və rayonların gözəlliyinə əlavə rəng qatır.
Digər Xəbərlər
05 May 2024 17:01
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
05 May 2024 12:46Mehriban Əliyeva xristian icmasını TƏBRİK ETDİ
04 May 2024 14:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
04 May 2024 14:08Yol polisindən qaydaları pozan tanınmışlara müraciət
04 May 2024 13:36