adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
22 Aprel 2024 19:50
257
SİYASƏT

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini  AÇIQLADI

“Rusiya sülhməramlıları Qarabağı tərk etdilər, çünki onlar üçün regionda artıq heç bir funksiya qalmamışdı”.

Bunu Rusiyanın “Birinci Kanal”ının efirində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, həmçinin iki ölkə liderlərinin sərhədlərin delimitasiyası ilə bağlı danışıqları davam etdirdiyini qeyd edərək, bəzi məsələlərin artıq razılaşdırıldığını vurğulayıb.

Rusiya prezidentinin mətbuat katibi bəyan edib ki, Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsindən çıxarılması regiondakı mövcud reallıqlara uyğundur.