adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Sentyabr 2020 18:29
18342
DÜNYA

Peskov: Dağlıq Qarabağda yaranmış vəziyyətlə bağlı bütün tərəflər maksimum təmkinli olmalıdır

Dağlıq Qarabağda yaranmış vəziyyətlə bağlı Kreml bütün tərəfləri maksimum təmkinli olmağa çağırır.

Adalet.az-ın məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib: “Hazırda biz tərəfləri maksimum təmkinli olmağa, hərbi üsullardan imtina etməyə, eləcə də hərbi toqquşma mərhələsində vəziyyəti daha da gərginləşdirəcək bütün addımlardan imtina etməyə çağırırıq”.