Penitensiar xidmət və DİN-dən Maştağada birgə əməliyyat
Bakının Sabunçu rayonunda Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının və Daxili İşlər Nazirliyinin birgə əməliyyat nəticəsində yarım kq-dan çox narkotik aşkarlanaraq müsadirə edilib.
Adalet.az xəbər verir ki, bu barədə sözügedən dövlət qurumlarının birgə məlumatında bildirilib.
“Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Ağayev Dilavər Məhərrəm oğluna məxsus 528,025 qram heroin, 31,48 qram qurudulmuş marixuana və 317,322 qram metamfetamin Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi 210 ünvanda aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır”, – məlumatda qeyd olunub.
Digər Xəbərlər
22 Sentyabr 2026 11:45
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
22 Sentyabr 2026 09:36
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
21 Sentyabr 2026 11:42
Yasamalda 70 yaşlı qadın dələduzluq etdi
16 Sentyabr 2026 10:49


Bakı -°C

