adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
27 Fevral 2023 09:15
967
AVTOMABİL

Paytaxtın bu yollarında sıxlıqdır - SİYAHI

Bakıda sıxlıq olan yollar açıqlanıb.

Adalet.az Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla xəbər verir ki, aşağıdakı yollarda sıxlıq müşahidə edilir:

1. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;

5. “20 Yanvar” dairəsində;

6. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;

7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

8. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

9. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

10. Qara Qarayev prospekti, “Qara Qarayev”metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində;

11. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində;

12. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində;

13. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər);

14. Babək prospekti, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.