Payızın Azərbaycana daxil olacağı tarix açıqlandı
Payız fəsli Azərbaycana sentyabrın 23-ü Bakı vaxtı ilə saat 04:05:08-də daxil olacaq.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Adalet.az-a verilən xəbərə görə, həmin an "payız bərabərliyi" adlanır. Bu zaman gecə ilə gündüz demək olar ki, bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Lakin atmosfer refraksiyası və Günəş diskinin bucaq ölçüsü səbəbindən gündüzün uzunluğu tam olaraq 12 saat olmur və gecədən bir qədər artıq olur. Günəş illik hərəkəti zamanı göy ekvatorunu kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində isə yaz fəsli başlayır. Bundan sonra Şimal yarımkürəsində gündüzlər tədricən qısalır, gecələr isə uzanmağa başlayır.
Fəsillərin dəyişməsi Yerin Günəşdən məsafəsinin dəyişməsi ilə deyil, Yerin Günəş ətrafında hərəkəti və fırlanma oxunun orbit müstəvisinə təxminən 66.56° meyilli olması ilə bağlıdır. Məhz bu meyillilik nəticəsində il ərzində Günəş şüalarının Yer səthinə düşmə bucağı dəyişir və fəsillər yaranır.
2026-cı ildə astronomik payız 89 gün 21 saat 45 dəqiqə 1 saniyə davam edəcək və 22 dekabrda baş verəcək qış günəşduruşu ilə başa çatacaq. Həmin andan etibarən Şimal yarımkürəsində astronomik qış, Cənub yarımkürəsində isə astronomik yay başlayacaq.
Digər Xəbərlər
23 Oktyabr 2026 11:10
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
22 Oktyabr 2026 12:21
Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi
22 Oktyabr 2026 11:42
Payız niyə yaz kimi keçir?
22 Oktyabr 2026 00:00
Alyona Əliyeva ukraynalı uşaqlarla İçərişəhəri gəzdi - FOTOLAR
21 Oktyabr 2026 12:42
"Ailədaxili münasibətlərdə baş verən dəyişikliklər bizi narahat edir" - Komitə sədri
21 Oktyabr 2026 12:24
Bələdiyyələrin istifadəsində olan torpaqlar təhlil olunub, çatışmazlıqlar müəyyənləşdirilib
21 Oktyabr 2026 11:19
Ordubada qar yağıb - FAKTİKİ HAVA
21 Oktyabr 2026 07:07


Bakı -°C

