Pasportlarla bağlı vahid qanun formalaşır
"Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanunun adı dəyişdirilərək "Pasportlar haqqında” qanun edilir
Azərbaycanda pasportlarla bağlı vahid qanun formalaşır, bununla bağlı qanunvericilikdə dəyişikliklər edilir.
Milli Məclisdən verilən məlumata görə, "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanunun adı dəyişdirilərək "Pasportlar haqqında” qanun edilir. Bununla bağlı qanundan bir sıra maddələr ləğv edilərək çıxarılır.
Yeni layihəyə əsasən, qanundan 1-ci (Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək və ölkəyə gəlmək hüququ), 2-ci (Vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi), 11-ci (Xaricə daimi yaşayış üçün gedən vətəndaşların hüquqi vəziyyəti) və 15-ci (Azərbaycan Respublikasına pasportsuz və ya vizasız gələn əcnəbilər) maddələr ləğv edilir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
apa
Digər Xəbərlər
03 May 2024 23:14
Sərhədimizdəki bu kənd minalardan təmizləndi, yol açıldı
03 May 2024 21:57STM ilə “Divan Araştırma ve Eğitim Derneği” arasında memorandum imzalandı
03 May 2024 17:31İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
03 May 2024 15:51Azərbaycanın hücum təyyarələri beynəlxalq təlimdə iştirak edəcək
03 May 2024 14:52