adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
24 Aprel 2021 19:02
25383
DÜNYA

Paşinyan Putinə zəng etdi:Qarabağ müzakirəsi

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

Adalet.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda telefon danışığının Paşinyanın təşəbbüsü ilə gerçəkləşdiyi və Qarabağ ətrafındakı vəziyyətin müzakirə olunduğu vurğulanıb.

Tərəflər. həmçinin ikitərəfli əməkdaşlığın, o cümlədən enerji sektorunun aktual məsələləri barədə fikir mübadiləsi aparıblar.

Bundan əlavə, Paşinyanın Putinə iyunda keçirilməsi planlaşdırılan erkən parlament seçkiləri ilə əlaqədar ölkədəki daxili siyasi vəziyyət barədə məlumat verdiyi qeyd olunub.(axar.az)