Paşinyan: Azərbaycandan benzin idxalı bazarımızda...
Azərbaycandan Ermənistana benzin idxalı ölkə bazarında yanacağın qiymətinin 15 % aşağı düşməsinə səbəb olub.
Adalet.az Ermənistan mediasına istinadən xıbır verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bildirib.
"2025-ci ilin dekabr ayının ortalarından etibarən Ermənistana Azərbaycan istehsalı olan benzin idxal olunmağa başlayıb. Azərbaycandan əsasən "Premium" markalı benzin idxal olunur. Ermənistan bazarında bu növ benzinin qiyməti 15 % aşağı düşüb (bir litr üçün 510 dram əvəzinə 430 dram)", - o deyib.
Baş nazir qeyd edib ki, iki gün əvvəl Azərbaycandan Ermənistana dizel yanacağı idxal olunub.
"Dizel yanacağı 2 % ucuzlaşıb. "Regular" markalı benzinin qiyməti də dekabrla müqayisədə təxminən 8 % azalıb (11 dekabr tarixinə bu benzin növünün bir litri 500 dram idisə, indi 460 dramdır). Bu, sülh gündəliyinin nəticələri və faydalarıdır", - N.Paşinyan vurğulayıb.
Digər Xəbərlər
12 Mart 2026 23:27
İsveçrəli nazir Azərbaycana təşəkkür etdi
12 Mart 2026 16:23
Müctəba Dəmirçilu Azərbaycana təşəkkür etdi
12 Mart 2026 16:14
Azərbaycan davamlı olaraq çoxtərəfliliyi dəstəkləyir - Hikmət Hacıyev
12 Mart 2026 15:03
İlham Əliyev Fərman imzaladı
12 Mart 2026 14:58
İlham Əliyev XIII Qlobal Bakı Forumunda - YENİLƏNİB
12 Mart 2026 14:57
Azərbaycan-Avropa İttifaqı: tərəfdaşlığın fəal mərhələsi
12 Mart 2026 14:34
"Avropa İttifaqının əsas prinsipləri təhdid altındadır" - Şarl Mişel
12 Mart 2026 14:27


Bakı -°C

