PAŞA Bank beynəlxalq mükafatlara layiq görülüb
PAŞA Bank "Ən yaxşı investisiya bankı”(«Best Investment Bank») və "Ən yaxşı KOS bankı” («Best SME Bank») mükafatlarına layiq görülüb. Adalet.az Paşa Bankın rəsmi internet səhifəsinə istinadla xəbər verir ki, mükafatlar Paşa Banka Londonda "Financial Awards 2014" mükafatlarının rəsmi təqdimat mərasimində verilib.
PAŞA Bankın idarə heyətinin üzvü, baş investisiya inzibatçısı Taleh Kazımov qeyd edib ki, bu il bank kiçik və orta sahibkarlığın (KOS) dəstəklənməsində aktiv mövqe tutub və Azərbaycanda ilk dəfə olaraq sırf KOS sektoruna xidmət göstərmək üçün xüsusiləşmiş şöbələr açıb. Məqsəd kiçik və orta sahibkarlara daha yaxın olmaq, onların istək və ehtiyaclarına uyğun xidmət göstərərək məhsulları təklif etməkdir.
Mükafatın təsisçisi - "International Finance Magazine" jurnalı dünyanın 150-dən artıq ölkəsində tanınır və dünya maliyyə bazarında baş verən əsas hadisələri işıqlandırır. Qərargahı London şəhərində yerləşən IFM hər il qeyd edilən sektorun inkişafına dəyərli töhfə verən dünya üzrə maliyyə təşkilatlarını mükafatlandırır.
Digər Xəbərlər
29 Aprel 2024 17:06
Mikayıl Cabbarov Əbdülhəmid Əlxəlifə ilə görüşüb - FOTO
29 Aprel 2024 10:53"Bu, satınalmalarla bağlı yeni qaydaların tətbiqilə bağlıdır" - Deputat
29 Aprel 2024 10:24Bu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək - VİDEO
29 Aprel 2024 09:52Bu günə olan valyuta məzənnələri
28 Aprel 2024 13:12