Parlamentin iclasına mini ətəkdə qatılan deputat sərt tənqidə tuş gəldi
Cənubi koreyalı deputat Ryu Hoçjonun parlamentin iclasına mini ətəkdə gəlməsi tənqidə və ictimai müzakirələrə səbəb olub.
"RİA Novosti” agentliyi xəbər verir ki, 27 yaşlı R.Hoçjon parlamentin ən gənc deputatıdır.
Qadın millət vəkili onu tənqid edənlərə cavabında qeyd edib ki, parlamentin nüfuzu və fəaliyyəti millət vəkillərinin geyiminə görə qiymətləndirilməməlidir.
Oəlavə edib ki, tənqidlərə rəğmən, bəyəndiyi geyimdə parlamentin iclaslarında iştirak etməkdə davam edəcək.
R.Hoçjonun təmsil olunduğu "Ədalət partiyası” da hadisəyə münasibət bildirib.
Partiyanın yaydığı bəyanatda qeyd olunur ki, qadın siyasətçinin fəaliyyətinə görə yox, xarici görünüşünə əsasən müzakirə edilməsi təəssüf doğurur.
Digər Xəbərlər
28 Aprel 2024 10:08
Rusiyada zəlzələ olub
27 Aprel 2024 17:49Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”
27 Aprel 2024 17:32Fidan Səudiyyəyə gedir: Fələstin dövlətinin tanınması...
27 Aprel 2024 17:30Meral Akşener bu sözlərə İYİ partiyanı tərk etdi
27 Aprel 2024 16:45