Parlament jurnalistlərinin diqqətinə!
Milli Məclisin fəaliyyətini işıqlandırmaq istəyən jurnalistlər yanvarın 15-dək akkreditasiyadan keçməlidirlər.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, yanvarın 15-dək jurnalistlərin akkreditasiya ilə bağlı müraciət məktubları qəbul olunacaq.
Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətilə buraxılırlar. Tətil bitdikdən sonra Milli Məclisin komitələri işə başlayaraq yaz sessiyasında müzakirəyə çıxarılacaq qanun layihələrini nəzərdən keçirəcəklər.
Qanunvericiliyə uyğun olaraq, yaz sessiyası fevralın 1-dən mayın 31-dək davam edir.
Digər Xəbərlər
03 May 2024 17:31
İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
03 May 2024 15:51Azərbaycanın hücum təyyarələri beynəlxalq təlimdə iştirak edəcək
03 May 2024 14:52Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
03 May 2024 12:45Ağdamın bu kəndlərinə köç ilin sonuna qədər başlayacaq
03 May 2024 12:05