Parlament büdcənin müzakirəsinə noyabrda baxacaq
Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə zərfinin Milli Məclisdə müzakirəyə çıxarılma vaxtları məlum olub.
Parlamentdən Adalet.az-a verilən məlumata görə, büdcə zərfi İqtisadi siyasət komitəsi başda olmaqla komitələrin birgə iclasına 4, 5 və 6 noyabrda, komitələrin müzakirəsindən keçəcəyi təqdirdə isə noyabrın 18, 19, 20 və 21-də plenar iclasda müzakirəyə çıxarılacaq.
Büdcə zərfinə "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında”, "Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında” və "Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanunları, Milli Məclisin və Hesablama Palatasının 2015-ci il üçün xərclər smetalarını, o cümlədən "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında” qanunu daxildir.
Digər Xəbərlər
03 May 2024 20:04
Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır
03 May 2024 16:47XİN-dən Böyük Britaniya səfirinə CAVAB: Mediamız azad, demokratikdir
03 May 2024 13:36Kristina Kuin erməniləri sevir, görən Mark Libbi bizi niyə sevmir?
03 May 2024 12:20Hikmət Hacıyev: Basdırılan minalar humanitar fəaliyyətə ciddi təsir edir
03 May 2024 12:19