adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 Aprel 2024 09:02
230
DÜNYA

Papua-Yeni Qvineyada güclü zəlzələ oldu

Papua-Yeni Qvineyanın Yeni Britaniya adasında 6,5 ​​bal gücündə zəlzələ baş verib.

Adalet.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.  

Təxminən 49 kilometr dərinlikdə baş verən zəlzələdə ilkin məlumatlara görə can və mal itkisi olmayıb.

Bildirək ki, Papua-Yeni Qvineya Sakit Okeanın "Alov halqası"nda yerləşir, burada dünyada ən çox zəlzələ və vulkanik fəaliyyət baş verir.