adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
03 Fevral 2019 16:29
13119
DÜNYA

Papa ilk dəfə Birləşmiş Ərəb Əmirliklərinə gedir

Roma Papası Fransiskin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri başlayır.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, Papa ilk dəfə Ərəbistan yarımadasında səfərdə olacaq.

Fransisk Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvətilə konfessiyalararası konfransda iştirak edəcək. Bundan başqa, Papa Əl-Əzhər məscidinin baş imamı Şeyx Əhməd Əl-Tayyib ilə görüşəcək.