Pakistanda Zərifə Əliyeva haqqında məqalə

Pakistanın nüfuzlu "Diplomatic İnsight" jurnalındatanınmış jurnalist, xanım Farhat Asifin "Zərifə Əliyeva-insanlara nur bəxşetmiş mələk" adlı məqaləsi nəşr edilmişdir.
Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə,məqalədə, Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Azərbaycanın dilbərguşəsi olan Naxçıvan Muxtar Respublikasının Şahtaxtı kəndində anadan olduğu,həyatını Azərbaycan mədəniyyətinin, musiqisinin, elminin inkişafına həsr edənböyük söz və sənət adamları ilə ailəvi və mənəvi yaxınlıq telləri ilə sıx bağlıolan bir mühitdə boya-başa çatdığı bildirilmişdir.
Yazıda, gələcək taleyini tibb elminə həsretməyini qarşısına məqsəd qoyan Zərifə xanımın orta məktəbi bitirdikdən sonraAzərbaycan Dövlət Tibb İnstitutuna daxil olduğu və 1947-ci ildə əla qiymətlərləbitirdiyi qeyd olunmuşdur. Bildirilmişdir ki, məhz həmin dövrdə Azərbaycandatraxoma infeksion xəstəliyi geniş yayılmışdır ki, bu infeksiya və onun ağırnəticələri ilə effektiv mübarizə mühüm əhəmiyyət daşıyırdı.
Müəllif məqaləsində, Zərifə xanımın nursuzgözlərə işıq bəxş etmək, təbiətin gözəlliyinə həsrət qalan insanlara həyateşqini qaytarmaq arzusunda olduğunu bildirmişdir.
Jurnalist qeyd etmişdir ki, bu arzu ZərifəƏliyevanı Moskva şəhərinə aparır və o, Ümumittifaq Mərkəzi HəkimləriTəkmilləşdirmə İnstitutunda iki illik ixtisaslaşdırma kursunda həkim-oftalmoloqixtisasına yiyələnir.
Daha sonra yazar vurğulamışdır ki, 1949-cuildən başlayaraq Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmiişçi kimi fəaliyyətə başlayan Zərifə Əliyeva, Azərbaycanda traxomanın kökününkəsilməsini qarşısına məqsəd qoymuş və buna nail olmuşdur.
"Diplomatic İnsight" jurnalında,1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyasının Zərifə Əliyevaya oftalmologiyaixtisası üzrə böyük elmi işçi adının təqdim olunması barədə məlumatverilmişdir.
Sonra məqalədə, 1967-ci ildə ZərifəƏliyevanın Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun gözxəstəlikləri kafedrasına dəvət olunduğu bildirilmişdir. Qeyd olunmuşdur ki,institut həmin kollektivə rəhbərlik etmiş mərhum professor Əziz Məmmədkərimoğlu Əliyevin - Zərifə xanımın atasının adını daşıyırdı.
Məqalədə, 1977-ci ildə Moskvada tibbelmləri doktoru elmi dərəcəsinə layiq görülən Zərifə Əliyevanın, ətrafınaistedadlı gənc həmkarlarını toplayaraq, elmi-tədqiqat işini, kadrların və elmiişçilərin hazırlanmasını müvəffəqiyyətlə təşkil etdiyi vurğulanmışdır.
Daha sonra yazar, 1981-ci ildəoftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə görə professor ZərifəƏliyevanın oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb ElmləriAkademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldüyü və böyükxidmətlərinə görə 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasınınakademiki seçildiyi vurğulanmışdır.
Akademik Zərifə Əliyevanın ömrü boyu böyükictimai iş apardığını bildirən jurnalist, onun keçmiş SSRİ-nin Sülhü MüdafiəKomitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, keçmişİttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olduğu, bir sıraorden və medallara layiq görüldüyü, Azərbaycanın əməkdar elm xadimi fəxri adınıaldığı vurğulanmışdır.
Məqalədə, bütün bu elmi fəaliyyəti iləyanaşı Zərifə xanımın eyni zamanda qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşıolduğu bildirilmiş, bu ocaqda vətənlərinin qüruru sayılan iki övladın boya-başaçatdığı qeyd olunmuşdur.
Məqalə, "Təəssüf ki, Zərifə xanımmüstəqil Azərbaycanın bu gününü görə bilməmişdir. O, ömrünün 62-ci baharında,1985-ci ildə vəfat etmiş, həyat yoldaşı, Azərbaycanın ümummilli lideri HeydərƏliyevi tək qoymuşdur... ." sözləri ilə yekunlaşmışdır.