adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
24 Iyul 2017 21:24
9371
DÜNYA

Pakistanda terror qurbanlarının sayı artıb - 25 ölü, Yenilənib

Pakistanda baş verən terror qurbanlarının sayı artıb.Modern.azxarici mediaya istinadən xəbər verir ki, hadisə Lahor şəhərində baş verib. Partlayış nəticəsində azı 25 nəfər ölüb, 53 nəfər yaralanıb.

Motosikletlə hərəkət edən terrorçu-kamikadze özünü ərzaq bazarının girişində partladıb. Terror aktına görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, ərzaq bazarı Pəncab əyalətinin baş naziri Şahbaz Şərifin iqamətgahından 100 metr aralıda yerləşir.(modern.az)

17:52

Pakistanın Pəncab vilayətində partlayış törədilib.

Bu haqda Adalet.az xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, Lahor şəhərindəki terror nəticəsində 24 nəfər ölüb, 32 nəfər yaralanıb.

Partlayış tərəvəz bazarının girişində olub. Yaralılardan 11 nəfərinin vəziyyəti ağır qiymətləndirilir.

Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, partlayışı terrorçu-intiharçı törədib.

İlkin məlumata görə, həlak olanlar arasında 3 nəfər polis də var.