adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 Mart 2024 08:25
268
DÜNYA

Pakistanda güclü zəlzələ oldu

Pakistanın qərbində 5,4 bal gücündə zəlzələ baş verib.

Adalet.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, yeraltı təkanların episentri təxminən 27,6 min nəfər əhalisi olan Nuşki şəhərindən (Bəlucistan əyaləti) 68 km şimal-qərbdə yerləşib, ocağı isə 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.