adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 Aprel 2017 14:13
76473
MÜSAHİBƏ

Özü olan "Manera" - MÜSAHİBƏ

İki günöncə, elektron media arasında özünəməxsus yeri olan, "Manera”nın 2 yaşı tamamoldu. Biz də bu fürsətdən istifadə edib, "Manera”nın qapısını döydük, təbii ki,həmsöhbətimiz Şəhla xanım Aslan idi.

-Öncəxoş gördük və elə bunun ardınca da soruşmaq istəyirəm, 2 yaşın ovqatı necədir?

-Xoş gördük. "Manera”nın 2 yaşı münasibətilə yeni dizaynı istifadəyə verdik. İzləyicilər münasibətbildirirlər, təbrik edirlər, təkliflərini irəli sürürlər və s. Bunlardanruhlanırıq, oxucuların zövqünu oxşamağaçalışırıq, həm gözü yorulmasın, həm də oxuduğu mətndən zövq alsın. Bu baxımdanhazırda ovqatımız yaxşıdır demək olar.

-Sizinləilk təmasdan ağlıma bir sual gəlmişdi, 2 il gözlədim, amma indi soruşmaq istəyirəm,niyə məhz "Manera”, başqa bir ad yox?

-Başqa ad çox idi deyə biz də bu fərqli adı seçdik... (gülür) Elə fəaliyyətimizi də"Fərdin Fərddən Fərqi Fərdilikdir” devizi üzərində qurduq. Təkrarlanan bu 4 F mənəm-mənəmliyingöstəricisi deyil. Bu deviz özündə fərdin fərqli manerasını ehtiva edir.

-Etirafedək ki, indi söz də, sözə münasibətdə kökündən dəyişib. Həm dəyər kimi, həm dəmənəvi ehtiyac kimi, siz sözün başına gələn bu olayların içərisində təzə imza,təzə fikir bütövlükdə təzə sözü necə tapırsınız?

-Təbii ki, biz də digər ədəbiyyat dərgiləriniizləyirik. Bizim ünvanımıza göndərilən mətnlərə diqqət etdikdə onun digər mətbuorqanlarında dərc olunmadığının fərqinə varırıq. Daha çox çap oluna bilməyənimzalara yer veririk saytda. Ammaklassikləri də unutmuruq. Dünya ədəbiyyatından tərcümələr, daha təcrübəli yazıçılarlamüsahibələr edirik ki, gənc yazarlar oxuyub bəhrələnsinlər. Biz gənc yazarlarıdaha çox ona görə dərc edirik ki, tənqidçilərimiz, peşəkar yazıçılarımızonların mətnlərinə münasibət bildirsinlər, bu da yeni imzaların yazıda püxtələşməsinəsəbəb olur. Təəssüf ki, peşəkarlar bəzən münasibət bildirməkdən yayınırlar,görməzdən gəlirlər və ya "zəif yazmısan” deyibyazarı ruhdan salırlar. Onlar yenicə yazmağa başlayan gənclərdən özlərinin sahib olduqları keyfiyyətləri, qüsursuz mətnlərigözləyirlər. Bu düzgün yanaşma deyil.

-Məndə "Manera”nın izləyicilərindənəm amma siz daha dəqiq bilirsiniz, "Manera” birelektron media kimi hansı durumu yaşayır?

-Bir media orqanı üçün 2 yaş elə dəböyük rəqəm deyil. Amma maneranın həyata keçirdiyi layihələri, müsahibələri,müsabiqələrə diqqət etsək görərik ki, bu sayt ciddi işlər görür, maraqlıimzalar dərc edir. Bu saytın digərlərindən fərqi həm də onunqapısının ürəyində yazmaq istəyi olan bütün yazarların üzünə açıqolmasıdır. Sözünə meydan axtaran hər kəsi öncə Manera.az-ı seçir, oxucusu iləbu ünvanda söhbətləşmiş olur. Təbii ki, sonradan tanınmış olan belə imzalarıdigər media qurumları da tərəddüdsüz dərcedirlər. Bu da bizim özəlliyimiz, gərginəməyimizin nəticəsidir.

-Həyatinkişaf etdiyi kimi, yeniləndiyi kimi təbii ki, onu göstərən, ifadə edən yazılıvə elektron mediada yenilənir. Bu mənada "Manera” növbəti yaşlarına doğruuzanan yolu necə görür və nə etmək istəyir?

-"Manera” yarandığı ilk gündənoxucu rəğbəti, oxucu inamı qazanmaq üçün bütün çətinlikləri göz önünə alıb. Bəlkədə kənardan 2 il fasiləsiz fəaliyyət göstərməkasan görünə bilər. Saytı yaşadaninsanlar yaxşı bilirlər bu fəaliyyətinarxasında gərgin zəhmət, ədəbiyyatasevgi dayanır. Təbii ki, gələcək üçün planlaşdırılan layihələri həyatakeçirtməkdən ötəri maddi durum da vacib məsələdir. Maddi durum imkan verəcəksə,də biz çalışacağıq ki, gələcəkdəsaytımız daha böyük layihələrə imza atsın.

-Birhəmkar kimi, sizin hələ neçə onilliklər qeyd edəcəyinizə şübhəm yoxdur, elə oinamla da soruşmaq istərdim, Şəhla xanım siz bütövlükdə medianın sabahını necəgörürsünüz və hansı təkliflərlə həmkarlarınıza dəstək ola bilərsiniz?

-Medianın inkişafı üçün bu sahəyədövlət tərəfindən qayğıartırılmalıdır. Bizim peşəkarlıq problemimiz yoxdu. Amma təəssüf ki, bizimkifayət qədər peşəkar jurnalistlərimiz, ədəbiyyat adamlarımız maddi çətinlik səbəbindəndigər sahələrə üz tutublar. Bir növ özsahələrindən küskün olublar. Çünki ehtiyaclarını ödəmək üçün aldıqları qonorarlaronları qane etmir. Belə olan tədqirdəmediaya "hücumlar” başlayır və yazdığı hər hansı bir yazı istər üslub, istərqrammatik səhvlərlə dolu olan "jurnalistlər” isə özləri üçün münbit şərait əldəedirlər. Bununla da onlar çoxalmağa və medianı inkişafdan saxlamağa nail olurlar. Təbii ki, bu tendensiya davam edəcəksə, medianınsabahı haqda ürəkaçan bir vəd vermək olmur. Bu gün qəzetlər, saytlar maddi çətinlikucbatından fəaliyyətlərinidayandırırlar, orada çalışan jurnalistlər də ya ticarətə meyillənirlər ya daki, yaşamağa başqa ölkələri seçirlər. Əlbəttə ki, itirən media olur...

-Birdaha sizi təbrik edir və özünüzün bu kiçik müsahibədən kənar fikirlərinizi də məmnuniyyətlədinləməyə hazırıq.

-"Manera” ailəsi olaraq sizləri saytımızı mütəmadiolaraq izləməyə, qüsurlarımızı, əlavə təkliflərinizi söyləməyə dəvət edirik.Biz oxucular üçün, ədəbiyyat naminə faydalı işlər görməyə çalışırıq. Bu 2 ildə buna az danail ola bilmişiksə, özümüzü şanslı hesab edirik. Biz Manera.az olaraq üzərimizdə olan və illərkeçdikcə daha da artan məsuliyyət hissini unutmayaraq növbətiillər ərzində fəaliyyətimizi genişləndirməyə çalışacağıq.


Söhbətləşdi:Sübhan Mahmudov