“Oyundan əvvəl 20 dəfə tualetə qaçan futbolçudan lider ola bilməz” – Maradona Messi haqda
Dünya futbolçunun canlı əfsanəsi Dieqo Maradona daha bir maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb.
Qol.az-ın "Marca”ya istinadən yaydığı xəbərə görə, veteran hücumçu Argentina millisi və "Barselona”nın kapitanı Lionel Messini tənqid edib.
Hazırda Meksikanın "Dorados de Sinaloa" klubunu çalışdıran 57 yaşlı argentinalı məşqçi iradəsi zəif olan Messidən komandaya liderlik etməsini gözləməyin mənasız olduğunu biildirib: "Gəlin daha Messini ilahiləşdirməyək. Bunu demək mənə çətindir, amma oyundan əvvəl 20 dəfə tualetə qaçan futbolçudan lider olmaz. "Barselona”da bir Messi oynayır, Argentina millisində başqa Messi. Messi əla futbolçudur, amma başa düşmür ki, ondan lider olmaz”.
Qeyd edək ki, Messi dünya çempionatındakı zəif çıxışından sonra Argentina millisi ilə heç bir oyuna çıxmayıb.
Digər Xəbərlər
03 May 2024 23:04
UEFA-dan AVRO-2024 il bağlı mühüm dəyişiklik
03 May 2024 22:52Arda Güler komanda yoldaşlarından şikayətlənib - VİDEO
03 May 2024 22:06Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 21:47"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirildi
03 May 2024 16:37