adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
08 Fevral 2017 15:41
66790
MƏDƏNİYYƏT

OXU, MƏNSUM, OXU, MƏNSUM, QOY SƏSİN ÜRƏKLƏRDƏ KAMAN KİMİ TİTRƏSİN!

Təxminən son əlliildə səhnədəki bütün Məcnunlara canlı tamaşa eləmişəm. Hamısının da könlündə, özüdə təkcə mənim yox, xalqımızın könlündə öz yeri var. Bir Nizaminin Məcnunu var,bir də Füzulinin, hər iki əsəri oxuyanlar fərqini çox gözəl bilir. Mənim fikrimcə, ÜzeyirHacıbəyov Füzulinin «Leyli və Məcnun»u səhnəyə gətirsə də sənətçilərimiz daha çoxNizaminin Məcnununa oxşayırdılar.

Mənsum isə bu roldaəsl tapıntı idi. Mənsum Füzulinin yaratdığı Məcnundu. Məcnunların Məcnunudu.

Vaqif Cəbrayılzadə(Odər) Qədirin səsini qeybdən gələn səs adlandırır. Mənim təsəvvürümdə Füzulinin Məcnununun səsi də qeybdən gələn səsdi.Mənsum İbrahimov da Məcnunun ağrı-acısını, eşqini, sevgisini, kədərini bax, həminqeybdən gələn bir səslə ifa edir.

Dostum, sən həm səsinlə,həm mədəniyyətinlə, həm şəxsiyyətinlə bu xalqın ürəyindəsən. Canəli müəllimin sözlərindənincimə, ağsaqqaldı da. Hirslənib ağsaqqallığını yadından çıxarıb.