Ovlanması qadağan edilən balıq növlərinin ADLARI açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ovlanması qadağan edilən balıq növlərinin adlarını açıqlayıb.
Nazirlikdən Adalet.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının "Qırmızı Kitabı”na daxil olan və ovu qadağan edilmiş balıqlar dəniz sıfı, qaya balığı (kələmo), zərdəpər, poru, qızılxallı, qılıncbalıq, şirvan külməsi, xəzər şirbiti, xəzər qızılbalığıdır.
Qeyd edək ki, bir qədər əvvəl ETSN icazə verilən balıq ovuna görə dövlət rüsumlarını açıqlayıb. Bir ton kütüm, şamayı, xəşəm, xərçəngkimi balıq növlərinin ovu üçün 287 manat, çəki, sıf növləri üçün 230, siyənək 143,75, kilkə 57,50, kefal, çapaq, külmə, qarasol və digər balıq növləri üçün 115 manat ödəniş edilməlidir.
Nazirlər Kabinetinin 29 dekabr 2017-ci il tarixli 613 №-li qərarı ilə 2018-ci il üçün Xəzər dənizində 3454,9, daxili su hövzələrində 205,1, ümumilikdə 3660 ton həcmində balıq ovlanmasına icazə verilib.
Digər Xəbərlər
01 May 2024 09:46
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO
01 May 2024 09:27Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
30 Aprel 2024 12:44Şimşək çaxacaq, dolu düşəcək... - Mayın ilk gününün HAVASI
30 Aprel 2024 12:15Havanı çirkləndirən şadlıq saraylarının SİYAHISI
29 Aprel 2024 15:48