adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
08 Yanvar 2015 12:06
4746
MƏMLƏKƏT

Ovçular 220 min manat cərimələnib

"2014-cü ildə respublika ərazisində qanunsuz ov edilməsi ilə bağlı ümumilikdə 270 nəfər saxlanılıb”. 


Adalet.az xəbər verir ki, bunu KİV-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi departamentinin sektor müdiri Raqub Mirzəyev deyib.




Onun sözlərinə görə, həmin şəxslərdən 255 ədəd od tüfəngi, 1300 ədəd patron götürülüb:

"Həmin şəxslər qanunvericiliyə uyğun qaydada onlara İnzibati Xətalar Məcəlləsinin 111.2 maddəsinə əsasən 220 min manat məbləğində inzibati qaydada cərimə olunub və 50 nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün rayon polis şöbələrinə məlumat verilib. Onların şəxsiyyəti müəyyənləşdirildikdən sonra, həmin şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunacaqlar”.