03 Oktyabr 2023 10:11
941
SAĞLAMLIQ

Oturaraq işləyənlərin diqqətinə: Çox oturmağın insan orqanizminə zərərləri...

Mütəxəssislər davamlı olaraq həyatımızda aktiv olmağın vacibliyinə diqqət çəksələr də, günümüzün əksər peşələrində oturaraq işləyirik. 

Bəs onda hər gün oturmağın sağlamlıq riskləri nələrdir?

 Oturaq həyat özü ilə bir çox problemlər gətirir və piylənməyə səbəb olur. Bəs, hərəkətsiz həyat və daimi oturmaq nəyə səbəb olur?

Ürək xəstəsi ola bilərsiniz...

Alimlər ilk dəfə iki oxşar qrupu, günün çox hissəsini oturan tranzit sürücülərini və oturmayan konduktorları və ya mühafizəçiləri müqayisə edən araşdırmada bir şeyin səhv olduğunu aşkar ediblər. Pəhrizləri və həyat tərzləri çox oxşar olsa da, oturanların ürək xəstəliyinə tutulma ehtimalı ayaq üstə duranlara nisbətən iki dəfə çox olub. 

Uzun müddət otursanız, erkən ölmə riskiniz yüksəkdir. Həddindən artıq otursanız, beyniniz demensiyalı birinin beyninə bənzəyəcək. Oturmaq eyni zamanda ürək xəstəliyi, şəkərli diabet, insult, yüksək qan təzyiqi və yüksək xolesterin riskinizi artırır, bunların hamısı rol oynayır. Gün ərzində hərəkət etmək bütün bu sağlamlıq problemləri riskinizi idmandan daha çox azaltmağa kömək edə bilər. Həddindən artıq oturmağın təsirlərini məşqlə aradan qaldırmaq çətindir. Həftədə 7 saat məşq etsəniz belə - tövsiyə olunan 2-3 saatdan çox - bir dəfəyə 7 saat oturmağın təsirini geri qaytara bilməyəcəksiniz. Ona görə hərəkət etməyə davam edin. 

Uzun müddət televizor qarşısında oturmaq, internetdə vaxt keçirmək sizin artıq çəki almanıza səbəb olur. Əgər siz hər gün idman edirsinizsə belə bu pis vərdişlərinizdən qurtulmasanız, etdiyiniz idman hərəkətləri də sizə kömək edə bilməyəcək. 
Ona görə də gününüzə daha çox hərəkət qatın. Ofisdə hər yarım saatdan bir ayağa qalxın. Ofis daxilində gəzin.

Vasif Əlihüseyn