"Ötən il dövlət qurumları üzrə 31 mindən çox cinayət qeydə alınıb" - Vilayət Eyvazov
2021-ci ildə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan dövlət qurumları üzrə 31 131 cinayət qeydə alınıb və onlardan 94,2 faizi daxili işlər və prokurorluq orqanlarının prosessual qaydada araşdırdığı hüquqazidd əməllər olub.
Adalet.az-ın məlumatına görə, bunu bu gün keçirilən kollegoya iclasında Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov deyib.
Nazir bildirib ki, cinayətlərin 84 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib.
"Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə cinayətlərin 88,9 faizinin açılması təmin edilib. Ayrı-ayrı hüquqazidd əməllərin açılmasının nəticələri də yüksək olmaqla ağır və xüsusilə ağır cinayətlərin 82,9, qeyri-aşkar şəraitdə baş verənlərin 83,4, şəxsiyyət əleyhinə olanların 97,9, mülkiyyət əleyhinə olanların 79,9 faizi açılıb.
Vətəndaşların iştirakı ilə açılan cinayətlərin sayı isə hesabat dövründə 39 faiz artaraq 7837 fakt təşkil edib.
Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 332 cinayət üzrə təqsirli şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunub", - deyə nazir bildirib.
Digər Xəbərlər
29 Dekabr 2025 15:23
Gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş həddi artırıldı
29 Dekabr 2025 15:22
“QHT-lərə Dövlət Dəstəyi” informasiya sistemi yaradıldı
29 Dekabr 2025 13:59
Azərbaycanda bu peşə sahibləri üçün sosial sığorta haqqı artırıldı
29 Dekabr 2025 13:22
Baş prokurorluqdan Ukrayna müharibəsi ilə bağlı XƏBƏRDARLIQ
29 Dekabr 2025 13:04
Satışda mənşəyi məlum olmayan araqlar var - XƏBƏRDARLIQ
29 Dekabr 2025 12:26
“Azərbaycanla Ermənistan arasında Qazax istiqamətində sərhədlər açıla bilər...”
29 Dekabr 2025 12:26
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
29 Dekabr 2025 11:36


Bakı -°C

