adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
08 Iyun 2020 10:32
45606
ŞOU-BİZNES

Ötən həftə şou aləmində baş verən olaylar və ilginc açıqlamalar...

Ötən həftə şou biznes aləmi maraqlı acıqlama və olaylarla yadda qaldı.

Adalet.az xəbər verir ki,ilk və maraqlı acıqlamalardan biri "Avroviziya” təmsilçilərimizdənolan müğənni Dilarə Kazımovaya məxsusdur. O, açıqlaması ilə gündəmə səs salıb.

Sənətçi İctimai Televiziyada (İTV) yayımlanan "Fatehin divanı” axşam şousundaqonaq olarkən etirafı ilə diqqət çəkib.

O, ilk dəfəbəy nəslindən olduğunu etiraf edib:

"Mən bəy nəslindənəm. Bu barədə çoxluinformasiyaya malik olmasam da, nənəm danışırdı ki, sovet dövründə Bakıdababamın neft buruqları olub. Hətta bu barədə sənədli film də çəkilib. Neftburuqlarının olması ilə bağlı onun rəsmi sənədləri də olub. Həmin sənədləri isəo haradasa torpağa basdırıb. O sənədləri bu yolla gizlədib, heç kim tapa bilməyib.Biz özümüz də sənədləri tapa bilməmişik”.

Bəy nəslinin nümayəndəsi olduğnu deyən müğənni Dilarə Kazımova hər zamanehtiraslı rəqsləri və acıq-sacıq geyimləri ilə gündəmdə qalmağı bacaran məşhurlardandı.


Qeyd edək ki, Dilarə 2014-cü ildə Danimarkada keçirilən"Start a Fire” bəstəsi ilə "Avroviziya” mahnı müsabiqəsində Azərbaycanı təmsiledib.

Bir gülümsədənacıqlama isə şou-biznesin Sevil vəSevinc Səfərova bacılarından gəlib:

"Heçvaxt gündəmə açıq-saçıq görüntülər və dəyişik obrazlarla gəlməmişik. Həttafotosessiyaların ən rahatını və sadəsini etdiririk. Obrazlı fotosessiya bizdəngörməyəcəksiniz”.
Bu sözləri bacılar "Xəzər” televiziyasındayayımlanan "X maqazin” proqramına verdiyi müsahibələrində deyiblər. Müğənnilərhəmkarlarının tez-tez efirdə səsləndirdiyi "yeniliklər edəcəyəm” kəlməsinəetiraz ediblər: "Toy məclislərində, verilişlərdə oluruq. Bizim də işimizinmahnı oxuyub, klip çəkdirib, fotosessiya etdirməkdir. Bu işləri görmək məcburiyyətindəyik."Yenilik edəcəyəm” deyə bir şey yoxdur. Çünki sən bununla pul qazanırsan,tamaşaçılara tanınırsan, onların sevgisini qazanırsan”.
Səfərova bacıları məşhur stilistlərlə çalışmaqistəmədiklərini söyləyiblər: "Məşhur stilistlərlə çalışmağı sevmirik. Çünkionların da özlərinə görə kaprizləri var. Bizəözümüzü hər zamankı obrazda görməkrahatdır

"Dünyayauşaq gətirməzdən öncə düşünün. Çox düşünün. Bəlkə sizin övladınız bu dünyaya gəlməkistəmir. Onun belə bir dünyada yaşamasına siz qərar verirsiniz. Uşaq oyuncaqdeyil”. Bu sözləri müğənni Nura Suri feysbuk hesabında yazıb.

O,övladlarına görə narahat olduğunu söyləyib:


"Mən də uşaq istəyirəm”deməzdən əvvəl eqonuzu bir kənara qoyub düşünün xahiş edirəm. Mən düşünməmişəm.Gecələri rahat yata bilmirəm. Onların gələcəyini fikirləşirəm. İki övladımAmerikada yaşayır. Hər gün onlara görə narahat oluram. Kiçik oğluma görə isəlap çox narahatam. Uşaq üç aydır evdədir. Dostları ilə görüşmür, məktəbə,idmana, rəqsə, vokal dərslərinə gedə bilmir. Hər gün onlayn dərslər keçir,sonra da ev tapşırığı. Həftəsonu bir az bulvarda təmiz havada gəzə bildik. SMSolanda da çıxmırdıq. İyunun 12-i yay tətili başlayır. İşləmirik deyə qazancımızyoxdur. Dincəlməyə ( hətta rayona) getmək üçün riskə getmək istəmirəm. Karantinnə qədər sürəcək bəlli deyil. Gündə bir qərar çıxır. Otellərin qiymətindən yəqinki, xəbəriniz var. Çox söz deyə bilərəm, amma nə xeyri”.

Qeyd edək ki, N.Surinin üç oğlu var.

İndi də Xalq artisti Mələykə Əsədovanın kədər doluacıqlamasına kecək:

"Ürəyimdə problemlər var. Dəfələrlə müayinələrdən keçmişəm. Səhhətimdəyaranan bu problem sənətimlə əlaqəlidir”.

Bəli, bu sözləri Xalq artisti Mələykə Əsədova "Xəzər”televiziyasında yayımlanan "X maqazin” proqramına verdiyi müsahibəsində deyib.Sənətçisağlamlığında yaranan problemini səhnədə oynadığı çətin və mürəkkəb obrazlarıilə əlaqələndirib:"Çox çətin obrazları canlandırıram. Sənət üçün yaranmışam. Dünyamı dəyişənə kimi səhnədəolmaq istəyirəm. Çətin rolların öhtəsindən gəlmək üçün möhkəm ürək lazımdır.Amma ürəyim çox zəifləyib”.

Xalq artisti Aygün Kazımova Xəzərteleviziyasında yayımlanan "Fəlidən doğru xəbər" verilişində qonaqolub.

Aygün Kazımova aparıcı Elşən Orucovun "Zəng edərkən müğənninin telefonunumenecerinə verməsinə münasibətiniz necədir? sualına"Mənim telefonuma nadirhallarda zəng edirlər. Çünki nadir hallarda telefonla danışıram" deyib.

Aygün Kazımova"Namiq Qaraçuxurlu zəng etsə menecerinə verərsən?" sualına isə"O, blokdadır, zəng edə bilmir" - deyə cavab verib.

Belə-belə işlər...

Əntiqə Rəşid