adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
10 Iyun 2019 15:38
89116
MÜSAHİBƏ

Orxan Həsəni: "Ədəbiyyatda ulduz olmaq üçün qırmızı kart almağı bacarmalısan" - MÜSAHİBƏ

Son vaxtlarhekayələri ilə diqqətləri üzərinə çəkən Orxan Həsəni Adalet.az-a ədəbiyyathaqqında fikirlərini bölüşüb.

Sənin üçün nəyazmaq daha vacibdir, yoxsa necə yazmaq?

–Nəyi yazmaq, yoxsa necə yazmaq? –bu ağır tonajlı sual haqqında yumor diliylə desək, düşünüb-düşünüb heç nəyazmamaq da olar. Ancaq şair demiş, əlim qələm, sinəm dəftər ( gülür). Məncə,məsələ iç səsini tapmaqdır. O səsitapanacan adam özünü çox dağa-daşa çırpır, çox yazıçı-şairə dəyib çaşırsan,yeri gələndə axsayırsan, yorulursan, komputerin başında dörd dolanırsan,taleyində ədəbiyyatın barmaq izi varsa, gec-tez o səsi tapırsan, o səsitapandan sonra nə yaşamısansa, kimi sevmisənsə, hansı ağrılardan durulubkeçmisənsə, hamısına mükafat kimi baxırsan və başlayırsan yaşadıqlarını yenidənyaşamağa, ancaq bu dəfə həyati detallara ədəbiyyatın eynəkləriylə baxırsan,taleyini hamının taleyinə çevirə bilirsən, yaşadığın, oxuduğun hər şey səninyaradıcılıq arealına daxil olur.

Bu sual məni hələ dədüşündürür. Ancaq nəyi yazmaq və necə yazmağın çağdaş ədəbiyyatda bir-birindənfərqli komponentlər olduğunu deyə bilmərəm. Müəllif hansı mövzu haqqındayazır-yazsın işin öhtəsindən ustalıqla gəlməlidir, mövzuya sənətkarcasınayanaşmalıdır. Tutaq ki, ədəbi əcdadım hesab etdiyim Nabokovun "Lolita” romanındamövzu nə qədər yüngül, əxlaqi yöndən müzakirəli olsa da, sənətkarlıq, ustalıqyüksək səviyyədədir. "Lolitanı” bütün qadağalara, təziqlərə baxmayaraq XX əsrinyaxşı romanları siyahısına salan səbəb də bu ustalıqdır. Görünür, müəllifyazdığını hiss etməlidir, obrazın, mövzunun həm içində olmalıdır, həm dəçölündə. Tanrı kimi həm ən yuxarıda, həm də öz bəndəsinin könlündə. Məhz bunagörə Flober "Mən Madam Bovariyəm” deyirdi. Bəlkə də, hamımız Bovariyik.

Yamsılamağa çalışdığın müəllif var? Prustu çoxsevdiyini bilirik…

–"Kaş mən yazardım” dediyimmətnlər var. Bunu ilk dəfə hiss eləyəndə, təxminən, səkkizinci sinifdəoxuyurdum. Dostoyevskinin "Cinayət və Cəza”sın oxumuşdum. Roman sillə kimiçəkilmişdi üzümə. İlahi, o nə zərbəydi!? Yaş üstə yaş gəldi, həyatımdan çoxroman keçdi, bəziləri tez unuduludu, bəziləri hələ də ilk sevgi kimicanımda-qanımda yaşayır. Yeniyetməlik dövrümdə "Cinayət və Cəza” kimi bir romanyazmaq üçün çox tərlədim, o vaxt mətnlərə qarşı bu qədər həssas deyildim,yeniyetmə könlümə yol tapmaq çox asandı. Nəticədə cızma-qaradan başqa bir şeyalınmadı, indinin gözü ilə baxanda əslində alınmamağı normaldı. Elə bir romanyaza bilməməyim məni, təxminən, iki illik dərin, burulğanlı bir depressiyayasalmışdı. İnsanlarla ünsiyyətim səngimişdi, dostlarım seyrəlmişdi. İllər sonradüşünürəm ki, sevdiyim roman kimi roman yaza bilməməyim məni yazmaq istədiyimromanın qəhramanına çevirib. "Gənc oxucunun qəribə hekayəsi” hekayəmdə "Cinayətvə Cəza” romanına göndərmələr, üstüörtülü işarələr var. Mətnlər arasındakıparalleliyi bir kənara qoysaq, adam hərdən içinə ağrı formasında yığılanhadisələrin cavabını əlacsızlıqdan bu cür verir.

Prusta gəldikdə isə ona qarşıyersiz bir heyranlığım var. Filologiya fakültəsinin dördüncü kusr tələbəsiyəm.Mütəmadi yeni müəlliflər axtarıram, yeni kitablar oxuyuram, ancaq hər dəfəəlimə yeni bir roman alıb ilk cümləsini oxumamışdan öncə içimdən buxar kimi birsəs qalxır: "Əsla Prust kimi olmayacaq”.

Çağdaş müəlliflərdən ən çoxEdqar Keretin hekayələrini çox sevirəm. Tənqidçilərimizin,dostlarımızın dediyinə görə Edqar Keretin mənim mətnlərimə çox ciddi təsirivar. Özün də bilirsən, müəllif mətnin qarşısına keçəndə bütün "təsirləri”soyunur, mətnlə təkbətək qalır. Məncə, müəllif öz oxuduqlarını unudanda obilgilərin gerçək sahibinə çevrilir. Bu məsələ məni hələ də düşündürür. İşorasındandır ki, mənim yamsılamağa, ədəbiyyatda oğurluğa münasibətim normaldır.Yetər ki bu ustalıqla baş tutsun. Hekayələrimdə çoxlu detallar var ki, klassikvə çağdaş ədəbiyyatla müəyyən mənada parallelik görünür.

Gəlin, İstanbullu məşhur yazıçıdanoğurladığım bu cümlə ilə cavabımıza yekun vuraq – "Mən yazıçıları yamsılamıram,onlardan oğurlayıram”.

Bu müəlliflərin kölgəsindəqaldığını hiss edirsən?

–Sevdiyim müəlliflərə dostlarımkimi baxıram. Əminəm ki, nə zamansa, onlar da mənim keçirdiyim hislərikeçiriblər, yaşadığım yaradıcı narahatlıqlar illər öncədən onlara tanışdı.Tarix bircə hisləri öldürmür e, Ulu! Hislər həmişə diri qalır, adamdan adamakeçir, yaşayır. Ancaq bu o demək deyil ki, mən onlarla həmişə mehribanam. Xeyr!Bəzən aramızda, təxminən, ata oğul münaqişəsinə bənzər münaqişələr olur. Özədəbi əcdadlarımla mehriban düşmən münasibətimi qoruyub saxlamağa çalışıram.Bilirəm ki, tutaq ki, Floberin "Madam Bovariy” si dünya ədəbiyyatında hansınöqtədədir. Yaxşı mətnin sevincini yaşayır, ancaq qəfil də içimə bir narahatlıqdolur. Yeni bir sevgi hekayəsini necə yazmaq olar ki, məhz Floberin "MadamBovaryi”sindən daha usta, daha sənətkarcasına alınsın, eyni zamanda həm dəFloberdən – Balzakdan gələn roman ənənəsi qorunsun. Bu mənada öz atasınınkölgəsindən çıxmağa, atasından daha uğurlu olmağa çalışan uşaq komplekslərimvar.

– Xarici müəllifləri çox oxuyursan. Bu yazı dilinin axsamağına səbəbolmur ki?

– Bizim ən böyük problemlərimizdənbiri də dil məsləsidir. Bu gün, 21 yaşımda, hələ yaradıcılığımın iməkləməmərhələsində məni bir sual maraqlandırır – günümüzün dili hansıdır? Hansıüslubda yazmalıyıq? Həqiqət arxasında səhralara düşən miskin dərvişlər kimi məndə bu sualın cavabının arxasınca çox dolandım, məclisdən məclisə, adamdan adamayol ölçdüm. Bizdən əvvəlki nəslin özünü təstiq etmiş müəllifləri ilə görüşdüm,uzun söhbətlərdən diri çıxdım, o söhbətlərdən geridə qeyd dəftərlərimdəsərxoşluqdan əyri-üyrü xətlərlə yazılmış qeydlər qaldı, o qeydləri gücləoxudum, bir cavab hasil olmadı. Hələ də axtarıram. Bəlkə də, yaradıcılıq eləhəmişə axtarmaqdır, heç vaxt tapmamaqdır. Xarici müəllifləri çox sevsəm də,Əkrəm Əylislini, İsi Məlizadəni, MövludSüleymanlını, İsa Muğannanı, Yusif Səmədoğlunu, Elçini, Saday Budaqlını, KamalAbdullanı, Eyvaz Əlləzoğlunu, Səfər Alışarlını, Şərif Ağayarı, Mübariz Örənisevərək oxumuşam və hələ də oxuyuram. Bu müəlliflər, bəlkə də, mənə özvalideynlərimdən daha yaxındılar, daha doğmadılar, aramızda həssas tellər var.Bu müəlliflər Azərbaycan dilinin ən dərin qatlarına yenən, dilin ruhunu,ecazkarlığını hiss etdiyim müəlliflərdir. Əkərmi oxuyanda elə bilirəm bir nəğmədinləyirəm, bu nəğmədə sözlərdən çox səslər çəkir məni, öz ağuşun qonaq eləyir.Bax belə, Ulucay. Bir dəfə uğursuz bir hekayə yazmışdım. Şərif Ağayar məniqabağına çəkib danladı, danladı, danladı sonra dedi ki, ədəbiyyat öz bildiyinieləməkdi, ədəbiyyat subyektiv hadisədir, kefin nə istəyir onu da elə, nəistəyirsən onu da yaz. Sarsıldım. Dostoyevskinin üzümə çəkdiyi sillə efektiniyenidən yaşadım. Məncə, hər dövrün öz dili var və o dili müəllif tapmır, dil özmüəllifini tapır. Düzü, bu sual haqqında on il sonra yenidən danışmaqistəyirəm, xahiş edirəm, bu sualı on il sonra yenidən ver!

"Metro terminalının sevgisi" hekayənin sonunda yazıçı həyatınınməişətini, tərzini vermisən. Sənə görə yazıçı əslində necə yaşamalıdır?

– Nədənsə, digər hekayələrimə nəzərən "Metroterimınalının sevgisi” daha çox sevilir. Həmin hekayə qısa müddətdə, təxminən,bir həftəlik zaman fasiləsində yazılıb. Məndən soruşsan, çox bayağı hekayədir.Digər hekayələrim üzərində zəhmətim daha böyükdür. Bir dəfə Səfər Alışarlı iləsöhbətləşirdim; "yaxşı mətnlər təsadüfən ortaya çıxır” dedi. Bəlkə də, gerçəkelə budur. Fəqət gerçək belə olsa, mənim iradəm ona qarşı həmişə dirənişgöstərəcək. Yaxşı mətn zəhmətin, ağrının, istirabın məhsuludur. Mən bundan özgəbir yol bilmirəm, yaşamamışam və uğurlu hesab etdiyim mətnlərin yazılmatarixçəsi ilə maraqlananda görmüşəm ki, o müəlliflər yaxşı mətnin əzab payınıverməkdən çəkinməyiblər. Müəllif yalnız qalmaqdan qorxmamalıdır. "Metroterminalının sevgisi” hekayəsində obraz bir otağa həbs olunur. O, həyatınınsonunacan günə bir hekayə yazmağa məhkumdur. Hələ Dostoyevskinin həyatımaildırım kimi düşdüyü zamanlardan bu günəcən yazmaq mənim üçün bir otağaqapanmaq və beynində, içində bir dünya təsəvvür edib o dünyanı inşa etməkdir. Reallığaqarşı gəlmək, öz reallığını yaratmaq, öz həqiqətini başqlarının həqiqətinəçevirmək. Hekayələrimin demək olar ki, hamısı az-çox həmin zəhmətin məhsuludur.Bəzən saatlarla komputerin qarşısından çəkilmirsən, gecəni səhər eləyirsən,bəzənsə bir günü başdan-başa bir abzasın arxasınca sürünürsən, alınmır,silirsən, yenidən yazırsan. Bu şeylər kənardan nə qədər bezdirici, zəhlətökənbir iş kimi görünsə də, sirr işin alınmamağında gizlidir. Heç vaxt istədiyini,hiss etdiyini yaza bilməyəcəksən, vəssalam. Sadəcə ideala can atacaqsan və buproses davam etdikcə ortaya mətnlər çıxacaq. Bütün işlər rəzildir, ancaq o işuğurunda çəkdiyin zəhmət rəzil deyil, hətta zəhmət müqəddəsdir. Hekayələrimdən birində yazıçı obraz qəzetlərdədərc olunan hekayələrini divardan asır, gecələr o səhifələrə baxanda, elə bilir,sözlər kəpənək kimi havada uçuşur, sonra o kəpənək sözləri tutub birləşdirir,yeni hekayələr uydurur. Mən də qəzetlərdə dərc olunan hekayələrimi divardanasıram, hekayələrimin hamısı arasında bağ, xətt var. Bəzən onların bir-birinindavamı olduğu deyil, mən bu cür düşünməsəm də, əlaqə təbii ki, var. Bizdə çoxpis bir yazıçı obrazı yaradılıb. Guya, həmişə içən, avara-sərgərdan olmalıdıryazıçı. Burdan elə düşünən müəlliflərə, oxuculara demək istəyirəm ki, məsələ buqədər bəsit ola bilməz. Yaradıcılıq, xüsusən, nəsr ayıqlıq, sistemlilik tələbedir. O boyda Pol Oster deyir ki, nəsr yazmaq fiziki hadisədir, fiziki. Araqşüşəsini qucaqlayıb yatan adamların gerçək ədəbiyyat yaratmağı, sonacan davamgətirməyi, hələ bizim kimi cəmiyyətlərdə nadir hadisədir. İşin maraqlı tərəflərindən biri də mətniyazmağa başlamazdan əvvəlki proseslərdir. Mən bunu mastrubasiyaya bənzədirəm,heç kim neylədiyini bilmir (Gülür). Məhsul ortaya çıxanacan bir çox mərhələdənkeçir, oxuduqlarının, yaşadıqlarının süzgəcindən keçirirsən, uzun-uzuncəhdlərdən, qaramalardan sonra ortaya üç-dörd səhifəlik mətn çıxır. Bəlkə, oüç-dörd səhifənin bir səhifəsinin arxasında onlarla qeyd, onlarla cızma-qaravar.

Roman yazmaq firkin var?

– Artıq yazmağa başlamışam. Məniqarşıda hərbi xidmət gözləyir. Bilmirəm, bu hislərlə bir il necə ötüb keçəcək.Hər halda maraqlı təcrübə olacaq. Düşməni cavab atəşi ilə susdurmaqdan vaxtımqalsa, romana orda da davam etmək istəyirəm.

Mözvusu nə olacaq? Strukturu, üslubu…

– Bayaq da dedim, aylardırMarsel Prustun təsirindəyəm və nə qədər başqa müəlliflərə baş vursam da, butəsirdən çıxa bilmirəm. Sanki, o yeddi cildin içində məhbəs həyatı yaşayıram,özümü o kitabdan bu kitaba, o obrazdan bu obraza vururam. Prust məni ilkoxuduğum cümlədən son cümləyəcən hərarətdə saxlayır. Onu elə bil dikan üstündəoxuyuram, aldığım dad isə əvəzsizdir. Gərgin anlarımdan birində redaksiyada"Svanın eşqi” ni oxuyurdum. Rəvan çevrilib birbaşa dedi: "Bu əhvalla necəoxuyursan onu?” – "Kitab oxumuram, sakitləşdirici dərman qəbul edirəm”– dedim.Görünür, Prustun təsiri ilə böyük bir dövrü əhatə edən ailə romanı yazmaqistəyirəm. Həm canımdakı təsiri soyunub atmaq, ona öz borcumu bir romanlaqaytarmaq, həm də öz uşaqlığımın, yeniyetməliyimin ağrılarını ədəbiyyathadisəsinə çevirmək. Hər şey beynimdə hazırdır, sadəcə zaman lazımdır. Zamandeyəndə də, gəncik, gələcək bizimdir. Ağır üslubda, Prustvari bir tonajdayazılacaq, ən azından buna cəhd edəcəm. Çox marqlıdır ki, bəzi oxucular Prustunağır dilindən əziyyət çəkirlər, ancaq müəllif bu mətnləri birdəfə, çoxasanlıqla yazıb, mətnlərə geri qayıdanda çox daha çox nələrisə əlavə etmək üçünqayıdıb. Hər halda mənim üçün maraqlı eksperiment olacaq. Müharibə, məcburiköçkünlük dövrü, Qarabağ hekayələri, uşaqlığımda dinlədiyim, ya özümün şahidliketdyim əhvalatlar romanın əsas temaları olacaq.

Futbola marağının olduğunu bilirəm. Səncə, futbolla ədəbiyyatınoxşarlığı var?

– Futbolu sevirəm. Düzdür, sonzamanlar canlı baxa bilmirəm, sevdiyim oyunların təkrarını izləyirəm. Məncə,nəticələri bildiyin oyunlara baxmaq nə qədər maraqsız olsa da, ləzzətlidir.Həyacan fılan yaşamırsan, oyunu daha dərindən analiz edə bilirsən. Heç bilmirəmanaliz edəndə nə olur, adama nə qazandırır, amma yenə də öz uşaqlıq həvəsləriməçalışıram bəzi məqamlarda sədaqətli olum. Fakültəmizin futbol yığmasında dördil fovet oynadım. Görünür, Filologiyada oğlanların az olmağı bəxtimdən olub (Gülür). O ki qaldı ədəbiyyatla futbolun oxşar cəhətinə, bunu sən özün də yaxşıbilirsən, mən fərqli cəhətini deyəcəm; Futboldan fərqli olaraq ədəbiyyatdaulduz olmaq üçün qırmızı kart almağı bacarmaq lazımdır.


Söhbətləşdi: Ulucay Akif