adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Yanvar 2018 15:03
20173
DÜNYA

«ORT» KİMİ «MİR» KANALINI DA YERİNDƏ OTURTMAQ LAZIMDI

«ORT»-də «Pole Çudes»də ermənipərəstlik edib Azərbaycanıaşağıladılar. Amma Azərbaycanın göstərdiyi böyük etirazdan sonra «ORT» yerindəoturduldu və bir «Pole Çudes» yüksək səviyyədə Azərbaycanahəsr edildi.

Bu günlərdə bizimdə pulumuzla maliyyələşən «Mir» televiziya kanalı guya Strabonun xəritəsi ilə bağlıgeniş bir veriliş nümayiş etdirdi. Gürcüstandan başladılar. Gürcüstanın şəhərlərini gəzdilər, tarixi abidələrini nümayiş etdirdilər (hərçənd ki o abidələrin çoxunutürklər tikib), gürcü mentalitetindəndanışdılar.

Nə isə…

Ordan keçdilərErmənistanın şəhərlərini gəzdilər. Onların da tarixi abidələri, mentaliteti,rəqsləri, kabab festivalı, vur-çatlasın,çal oynasın.

Ordan da keçdilərAzərbaycana. Getdilər çıxdılar Xınalığa. Hətta dedilər ki,İpək Yolu Xınalıqdan keçibmiş.Olsun, amma Xınalığa yolu deyəsən bir on beş ildi çəkiblər. Nə isə, Xınalıqdakı adamları danışdırdılar və belə təqdim elədilər ki, yəni türk obası deyil,dilləri də Dağıstan xalqlarının dillərinə yaxındı. Nəhayət, ordan da gəlibçıxdılar bizim Qobustana. Orda da Roma izləri axtardılar, Roma yazılarıtapdılar. Fikirlərindən belə çıxdı ki, bu möhtəşəm tarixi abidə biz türklərə aid deyil. Hərçənd ki bütün dünya alimləri Qobustan abidələrini bizim eramızdan beş min il, nə bilim daha neçə min il qədim olduğunusübut ediblər. Onda romalılar tumançağgəzirdilər.

«ORT»-ni yerindəoturtduğumuz kimi «Mir» kanalını da yerində oturdacağımıza inanırıq.

Söz yetkili orqanlarınındı.