"Orbanın qalib gələcəyinə əminik"
Macarıstanda keçiriləcək seçkilərdə qalib gələn hər kəslə əməkdaşlıq edəcəyik, lakin Viktor Orbanın qalib gələcəyinə əminəm.
Adalet.az xəbər verir ki, bunu ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens Budapeştdə Macarıstanın Baş naziri Viktor Orbanla birgə mətbuat konfransında deyib.
Vens bildirib ki, Brüsseldəki bürokratlar Macarıstan liderinin seçkiləri uduzması üçün əllərindən gələni ediblər: “Brüsseldəki bürokratlar Macarıstan xalqının inkişafını əngəlləməyə çalışır, çünki onlar xalq üçün mübarizə aparan lideri sevmirlər. Bu ölkədə baş verənlər, seçki kampaniyası zamanı baş verənlər isə mənim gördüyüm və ya barəsində oxuduğum ən pis xarici intellektual müdaxilə nümunələrindən biridir”.
Qeyd edək ki, Macarıstanda parlament seçkilərin aprelin 12-nə təyin olunub.
Digər Xəbərlər
07 Aprel 2026 19:20
İstanbuldakı silahlı insidenti terror təşkilatı üzərinə götürdü
07 Aprel 2026 19:00
İsrail Müdafiə Qüvvələri İranda səkkiz körpünü məhv edib - YENİLƏNİB
07 Aprel 2026 18:51
“Sülhün yeganə alternativi sonsuz müharibədir”
07 Aprel 2026 18:45


Bakı -°C

