Orban: AB rəhbərliyi sərxoş vəziyyətdədir!
Avropa Birliyi (AB) ciddi böhran içindədir, lakin onun rəhbərliyi bunu görmək istəmir və sanki sərxoş haldadır.
Adalet.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə ölkəsinin 2024-cü ilin ikinci yarısında AB Şurasına sədrliyinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı deyib.
Orban hesab edir ki, AB-də böhran bir gecədə yaranmayıb, lakin Brüssel bunu görməməyə üstünlük verir:
"Avropa Birliyi ayılmalıdır, amma hələ də sərxoşdur. O, sülh yox, müharibə istəyir. O, sərhədin mühafizəsini deyil, miqrantları istəyir. Ailələri yox, genderi qoruyur. O, sərfəli enerji yox, yaşıl siyasətlər istəyir".
Onun fikrincə, AB ABŞ və Asiya ölkələri ilə rəqabətdə uğursuzluğa düçar olduğu halda, onun rəhbərliyi Brüsseldə mümkün qədər çox güc cəmləşdirməyə çalışaraq özü üçün yeni səlahiyyətlər əldə edir:
"2000-ci ildə qərara gəldik ki, 2010-cu ilə qədər AB dünyanın ən rəqabətqabiliyyətli biliyə əsaslanan iqtisadiyyatına çevrilsin. Bu, Lissabon strategiyası idi. Harada olduğumuzu görürük. Sonra konkret inkişaf məqsədləri ilə "Avropa 2020" strategiyası ortaya çıxdı. Kağız üzərində qaldı. Sonra yaşıl keçid planı gəldi. Beş il sonra uğursuz oldu"./axar.az
Digər Xəbərlər
31 Mart 2026 22:00
247 ilin ən isti martını yaşadılar
31 Mart 2026 21:54
Fidan və Umerov arasında Ankarada görüş oldu
31 Mart 2026 21:50
Netanyahunun oğlunu deportasiya edib, müharibəyə göndərməyi tələb etdilər
31 Mart 2026 21:42
Hörmüz boğazı özü açılacaq, İran artıq məğlub edilib - Tramp
31 Mart 2026 21:12
Pezeşkian: Müharibəyə müdaxilə təhlükəli nəticələrə səbəb olacaq
31 Mart 2026 21:00
Fransa Trampın ittihamlarına cavab verdi
31 Mart 2026 20:21
Zelenski: Sabah Ukrayna və ABŞ arasında videodanışıqlar keçiriləcək
31 Mart 2026 20:12


Bakı -°C

