adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
02 Iyul 2019 10:06
11863
GÜNDƏM

OQTAY ŞİRƏLİYEV NİYƏ GERİ ÇƏKİLDİ?!

Səhyyə naziri OqtayŞirəliyev jurnalist Teymur Kərimovu xüsusi ittiham qaydasında məhkəməyə vermişdi. Səbəbiniölkədə bilməyən yoxdu, amma qısaca deyək. Teymur Kərimov Səhiyyə Nazirliyininqarşısında ölkənin səhiyyə sistemindəki acınacaqlı vəziyyətlə bağlı üsyan etmişdi və bu üsyan sosial şəbəkələrdə və saytlarda, ümumiyyətlə,mətbuatda yayımlanmışdı. Üsyanına da səbəb xəstə anasının müalicəsiüçün dövlət xəstəxanalarında ondan rüşvət istənməsi ilə bağlı idi. Rəhmətə gedən anasının üçü günü nazir jurnalisti onu təhqir etdiyinə və böhtan atdığına görə məhkəməyə verdi və həttahazırlıq iclası da keçirildi. Ammabir neçəgün sonra iddiasını geri götürdü. İddiasını geri götürməyininsəbəbi də açıqlanmadı.

Bu çox müxtəlif yerlərə yozuldu , amma ortada bir həqiqət var. Çox güman ki, Oqtay Şirəliyev həmin məhkəməniuduzacağını və bunun da ölkədədaha böyük səs-küy yaradacığını öyrəndi.