adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
21 Noyabr 2017 12:44
12010
SİYASƏT

Oqtay Əsədov yeni büdcəni qiymətləndirdi

"Gələn ilin dövlət büdcəsinin sosial yönümlülüyü saxlanılıb"

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin spikeri Oqtay Əsədov deyib. Parlament sədri bildirib ki, büdcə zərfi sosial-iqtisadi durum nəzərə alınmaqla hazırlanıb.

"Növbəti ildə real iqtisadi artım proqnozlaşdırılıb. Büdcənin sosial yönümlülüyü saxlanılıb. Büdcə zərfi müsbət dinamik dəyişiklikləri əks etdirir. Büdcə gəlirlərində qeyri-neft sektorunun payı artıb. Biznes mühitinin yaxşılaşıdırılması, maliyyə bazarlarının təkmilləşdirilməsi iqtisadiyyatın rəqabət qabiliyyətini artırıb".