adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
24 Avqust 2020 11:13
61095
MÜSAHİBƏ

“ONU XƏYANƏTƏ SÜRÜKLƏYƏN SƏBƏB BƏLLİDİR...” – “Mehdiyevin dərsini vermək İlham Əliyevin qismətinə yazılıbmış”

"Yeni Azərbaycan” qəzetinin sabiq baş redaktoru, keçmişdeputat Alqış Musayevin "AzPolitika.info”-ya müsahibəsini təqdim edirik:

- Alqışmüəllim, ölkədə nələr baş verir? Mehdiyevin nəvə toyu əsl siyasi qalmaqalaçevrilib və gündəmi zəbt edib…

- Heç kim toyunəleyhinə deyil. Axı heç kim sevməyə, evlənməyə qadağa qoymur. Gənclərbir-birlərini istəyib ailə qururlar, burda pis nə var ki? Yeni bir ailənintəməli qoyulursa, bu, o demək ki, Azərbaycanımız bir ailə tutumunda böyüyür,sıralarımız bir ailə həcmində genişlənir. Hamı övladı üçün çalışır,əzab-əziyyətə qatlaşır. Hər bir valideyin əzizlərinin şad gününü yaxınları iləbirlikdə qeyd etmək, şənlənmək, yaddaqalan bir gün yaşamaq istər.

Amma indi biz fərqli bir dövrdə və yeni şərtlərləyaşamağa məçburuq. Dünyada koronavirus pandemiyası elan olunub. "Əhalininsağlamlığı bizim üçün birinci şərtdir” - deyir Azərbaycan Prezidenti. Karantinqaydaları tətbiq olunub. Və bu qaydalara riayət etmək hər bir vətəndaşınvəzifəsidir.

Karantin rejiminə əməl etməmək dövlətə sayğısızlıq,qanunları tapdalamaq deməkdir. Bu yolu tutan hər kəs, vəzifəsinə, maddiimkanlarına və ya imkansızlığına baxmayaraq, öz cəzasını amalıdır. Necə ki,alır.

Avqustun 18-də Novxanıda AMEA-nın prezidenti RamizMehdiyevin iştirakı və xeyir duası ilə keçirilən toy mərasimi də bu qəbildənolan bir təxribatdır.

- Təxribatdır? Yəni hesab edirsiniz ki, bu, adi toymərasimi deyil, düşünülmüş bir siyasi aksiya - təxribatdır?

- Bu insidentin siyasi təxribat olmadığını soyləməküçün heç bir arqument yoxdur. Belə olmasaydı, Ramiz Mehdiyev evində gənclərəxeyir-dua verər, tədbir yalnız ailə üzvlərinin iştirakı ilə, səssiz-küysüzyekunlaşardı. Hətta bu nümunənin video görüntülərini sosial şəbəkələrdəpaylaşmaq olardı, hamı da görərdi ki, doğrudan da 83 yaşlı bir insan ağsaqqalhərəkəti nümayiş etdirib. Əvəzində biz özgə bir mənzərənin, başqa bir videogörüntünün şahidi oluruq. Bəy-gəlin qalıb bir tərəfdə, Ramiz Mehdiyev özünütəriflədir.

Yeri gəlmişkən, son günlər özünü təriflətmək RamizMehdiyevin Akademiyadakı əsas "elmi” qayəsinə çevrilib. Sayğı duyduğum bir neçəakademik mənə gileylənir ki, artıq bu bizi bezdirib, iki gündən bir mənasıziclaslar çağırır və saatlarla özünü təriflədir.

- Sizcə, Ramiz Mehdiyevin istəyi nədir? Dövlət,Prezident ona istədiyi hər şeyi verdi - uzun illər Administrasiyanın rəhbərivəzifəsində saxladılar, dövlətin ali ordenləri, mükafatları ilə təltif etdilər,milyarderə çevrildi... Mehdiyev daha nə istəyə bilər ki?...


- Deyim ki, bu, indinin söhbəti deyil. Mehdiyevçoxdandır ki, İlham Əliyevin xarizmasını zədələmək istiqamətində cəhdlər edir.

Onun xəyanətə sürükləyən səbəb bəllidir. RamizMehdiyev təxminən 2000-ci illərin əvvəlindən məmur obrazından çıxmaq üçünməkrli gedişlər nümayiş etdirməyə başladı. İş o yerə çatdı ki, o, özünü (həm dəətrafındakı bəzi ideoloqların təkidi ilə) sadəlövhcəsinə inandırdı ki,hakimiyyətin siyasi varisi ola və ali hakimiyyətin məsuliyyətini öz üzərinəgötürə bilər. Səhv etmirəmsə, 2001-ci ildə "Turan” informasiya agentliyindəonun bir müsahibəsi dərc edilmişdi. O müsahibəyə göz gəzdirən peşəkar və ayıqoxucu dərhal hiss edirdi ki, müsahibənin təşəbbüsü "Turan” informasiyaagentliyinə məxsus deyil. Təşəbbüs Ramiz Mehdiyevin özündən irəli gəlib.

Orada, təxminən (təxminən ona görə deyirəm ki, materialhazırda əlimin altında yoxdur, amma məzmun dəqiqdir) belə bir sualverilirdi:"Ramiz müəllim, sizin adınız ictimai fikirdə həm də mövcudhakimiyyətin siyasi varisi kimi hallanır...”

Sualın cababında Ramiz Mehdiyev konkret "hə” və "yox”bildirmədən deyir:"Biz, Heydər Əliyevin silahdaşları onun hakimiyyətinin siyasivarisliyini təmin etməyə borcluyuq.”

Onun nə demək istədiyini şərh etməyə elə bir ehtiyacqalmır. Halbuki həmin ərəfədə hakimiyyətdə siyasi varisin İlham Əliyev olacağıbarədə demək olar ki, birmənalı fikir formalaşmaqda idi.

Beləliklə, Ramiz Mehdiyev silsilə yanlışlara imzaatmaqda davam etdi və təəssüf ki, bu gün də o, öz "yanlışlar siyahısını”zənginləşdirməkdə davam edir...

- Bəs onda indiyə kimi onun cəzasız qalmasının səbəbinədir?...


- İlham Əliyevin bir yaxşı sözü var, deyir ki, biznəyi, nə zaman və necə etməyi özümüz hamıdan yaxşı bilirik. Kənardan belə birtəəssürat yarana bilər ki, hakimiyyət hansısa addımında yubanır, tələsməklazımdır və sair. Gerçəklik isə başqadır. Azərbaycan Prezidenti respublikanınən məlumatlı şəxsidir.

Bir dəfə mən müsahibələrimin birində demişdim ki,İlham Əliyevin bir dövlət adamı olaraq ən əlahiddə keyfiyyəti onun təmkinidir.Əlbəttə ki, bu təmkin məişət səviyyəsində olan adi səbr deyil. İlham Əliyevintəmkini strateji xarakter daşıyır. Hansı ki, bizə hava və su kimi gərəkdir.

Strateji təmkin odur ki, sən ölkənin daxilində vəətrafında gedən prosesləri zərgər dəqiqliyi ilə təhlil edib uzlaşdıra bilir,əlverişli geosiyasi vəziyyətin yetişməsini gözləməyi bacarırsan. Stratejitəmkin bəzən günlərlə, aylarla deyil, illərlə, on illərlə gözləməyi tələb edir.

Bu yerdə mən, müqayisə olaraq yox, fakt kimi birtarixi hadisəni oxucuların diqqətinə çatdırmaq istərdim. Bu gün türk dünyasınınmənəvi-siyasi mərkəzlərindən biri sayılan İstanbul Fateh Mehmetin topuyla,tüfəngiylə bərabər, həm də daha çox onun strateji təmkini hesabına fəth edilib.Yəqin bilirsiz ki, onun bir vəziri vardı - Xəlil Paşa. Xəlil Paşa özündənrazı,maddi cəhətdən zəngin bir adam idi. Mehmeti də sevmirdi. Hesab edirdi ki, o özüdaha təcrübəlidir və dövləti idarə etməyə layiqdir. Tarixdən bəllidir ki, XəlilPaşa Mehmetin hakimiyyətə gəlməsini də əngəlləməyə çalışırdı. Xəlil PaşaMehmetin atası İkinci Muradın da vəziri olmuşdu. İkinci Murad xəstə olarkənoğlu Mehmeti taxta çıxarmışdı. Amma Xəllil Paşa əlindəki imkanlardan istifadəedib buna mane ola bildi. İkinci Murad məcbur olub yenidən taxta qayıtmışdı.

İkinci Murad vəfat edəndə Xəlil Paşa Osmanlıdavəziyyəti gərginləşdirib hakimiyyəti ələ keçirmək istəyirdi. Elə bu məqsədlə dəİkinci Muradın ölüm xəbərini Mehmetə çatdırmaq üçün qasidi atla yox, qatırlagöndərmişdi ki, gənc Mehmetin paytaxta dönüşü yubansın, nəticədə Xəllil Paşavəziyyəti öz xeyrinə dəyişə bilsin.

Onun bu niyyəti baş tutmadı, Mehmet taxta cıxdı. Hamıgözləyirdi ki, Mehmet Xəlil Paşanı dərhal cəzalandıracaq. Ancaq gözləntilərinəksinə olaraq, Mehmet Xəlil Paşanın səlahiyyətlərini bir az da artırdı. Başvəzir, indiki dildə desək, Osmanlı administrasiyasının rəhbəri təyin elədi.

Mehmetə o da məlum idi ki, Xəlil Paşa altdan-altdanBizansa işləyir, Bizans hökumətindən mütəmadi olaraq hədiyyə adıyla rüşvətqəbul edir.Mehmet təmkinlə gözlədi, nəhayət, İstanbul fəth olunan günün axşamıXəlil Paşanı edam elətdirdi...

Belə ki, bəzən "İstanbulun fəthi” naminəxəyanətkarları da yola vermək lazım olur...

- Qəribədir, Mehdiyev, necə olub ki, altdan-altdangördüyü işlərdən diqqəti yayındıra bilib?...

- Mən tarixdən əbəs yerə iqtibas gətirmədim. Detallaravarmadan deyim ki, o, artıq 2002-ci ildə özünü faş etmişdi. Ramiz Mehdiyevinxəyanətkar hərəkətləri Ulu öndərimizə bəlli idi. Dahi öndərimiz demişdi ki,"bəzi məsələlər var, yoluna qoyulandan sonra Mehdiyevin dərsini verəcəyəm”.

Təəssüf ki, səhhəti imkan vermədi, ömür vəfa etmədi.Digər tərəfdən zaman münasib deyildi. Amma bir ilahi nizam-intizam var. Məntarixin ədalətinə və hökmünə inanıram. Görünür, Ramiz Mehdiyevin dərsini verməkİlham Əliyevin qismətinə yazılıbmış...

- Tədbirdə iştirak edən digər şəxslərin aqibətini necəgörürsünüz, onların cəzası necə olmalıdır?

- Birmənalıolaraq, o tədbirdə iştirak etmiş dövləti, hakimiyyəti təmsil edən hər bir adamcəzadan kənar qalmamalıdır. Həmin videogörüntüdə Ramiz Mehdiyevin "böyükxidmətlərindən” danışan Abel Məhərrəmov deyir ki, biz kimik, biz xırdaadamlarıq. Əslində çox dəqiq deyir. Onlar xırda yox, çox xırda adamlardır.

Vəzifə, pul, biraz da ətrafda hərlənən adi və akademik yaltaqların hesabına zaman-zamanşişiblər, yekələniblər. Və onlara elə gəlib ki, doğrudan da onlar böyükadamlardır. İndi vəzifə yoxdur, səlahiyyətlər azalıb. Amma yenə böyuk görünmək,yekəlik eləmək istəyirlər. Nəticədə özlərini gülünc duruma salıb, insanlarınnifrətini qazanırlar...

Vaqif NƏSİBOV